Loading...
Loading...
Texnologiya

Google şirkətinin hazırladığı yeni funksiya cihazlardakı daimi yaddaş çatışmazlığı problemini həll edəcək

    Google şirkəti istifadə edilməyən tətbiqlər tərəfindən yaddaşda tutulan yerin 60%-nin azad olmasına imkan verəcək yeni funksiya üzərində çalışır. Archived APK adlı bu yeni funksiya istifadə edilməyən tətbiqlərin arxivləşdirilməsi imkanını verəcək. Qeyd etmək lazımdır ki, arxivləşdirmə prosesi zamanı istifadəçinin tətbiqdəki məlumatları yox olmayacaqlar. Bazarda hal hazırda satılan smartfonların əksəriyyəti 64 GB-dan daha yüksək yaddaş həcminə sahibdir. Lakin köhnə smartfonlar daha aşağı yaddaş həcminə sahibdirlər. Android cihazlarda yaddaş həcminin çatışmazlığı problemini aradan qaldırmaq üçün Google şirkəti yaxın zamanda archived APK adlı funksiyanı istifadəyə verəcək.

    Tətbiqləri tamamilə silmək əvəzinə bu funksiya tətbiqin bəzi hissələrini silir və yeni növ paket yaradır. Söhbət, arxivləşdirilmiş APK paketdən gedir və bu paket istifadəçi məlumatlarının silinməsinin qarşısını alır. Bu funskiyanın istifadəyə verilməsindən sonra arxivləşdirmə özəlliyi həm istifadəçilərə həm də tərtibatçılara böyük üstünlüklər verəcək. İstifadəçilər tətbiqi tamamilə silmək əvəzinə onu arxivləşdirə biləcəklər. Başqa sözlə desək, onlar müəyyən müddətlik öz cihazlarındakı yaddaş həcmini istifadə edilməyən tətbiqlərdən azad edə biləcəklər. Tərtibatçılar bu funksiyanın öz tətbiqlərinə inteqrasiya etmək imkanını artıq əldə ediblər. Lakin adi istifadəçilər bu yeni funksiyadan təqribi olaraq ilin sonunda istifadə edə biləcəklər.

Gözdən qaçırmayın:  2 ay öncə GMO donuz ürəyi transplantasiyasını keçirtmiş 57 yaşlı şəxs vəfat edib (VİDEO)

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button