Now Reading:
“Google”da 3-cü dünya müharibəsi haqda axtarış rekord vurdu

“Google”da 3-cü dünya müharibəsi haqda axtarış rekord vurdu

“Google” axtarış sistemində üçüncü dünya müharibəsi (World war 3) haqqında sorğular tarixi maksimuma çatıb. İKT.lent.az-ın xəbərinə görə, bu barədə axtarış sorğularını təhlil edən “Google Trends” veb əlavəsinin məlumatında deyilir.

Əvvəlcə istifadəçilər ABŞ-ın Suriyadakı aviabazaya raket zərbələri və Rusiyanın buna reaksiyası haqda xəbərlərdən narahatlıq duyublar. Sonra ABŞ və Şimali Koreya arasında gərginliyin artması fonunda qorxular daha da güclənib.

Üçüncü dünya müharibəsi mövzusu ilə yanaşı, “Tramp müharibə” (“Trump war”) və “Suriya müharibə” (“Syria war”) kimi sorğular da populyar olub.

“Google Trends”in məlumatına əsasən 3-cü dünya müharibəsi barədə sorğuların bundan əvvəlki pik nöqtəsi 2015-ci ilin noyabrına təsadüf edib.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.