2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Goranboy polisində ölüm

Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi baş verib.

Bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də təsdiq ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Mətbuat xidmətindən bildirilib ki, bu gün, martın 27-si şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsinə dəvət edilib. İzahat verərkən onun səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, vəfat edib.

Hazırda faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Məsələyə, hələlik, mərhumun vəkili və ya qohumlarından münasibət almaq mümkün olmayıb.

***Buna da bax-Yaqut Əliyeva: ‘Əlifağa mənə dedi ki, sənə… yeridəcəyəm…’

Azərbaycanda son illər Mingəçevir və Bakı şəhərlərində də oxşar hadisələr baş verib. Ancaq onda mərhumların qohumları ilə polisin açıqlaması arasında ziddiyyətlər yaranıb.

2 il əvvəl Mingəçevir şəhərində baş verən oxşar hadisədə mərhum 27 yaşlı Bəhruz Hacıyevin qohumları gəncin polisdə döyülərək qətlə yetirildiyini iddia edirdilər. Polis isə onun ifadə prosesində özünü pəncərədən atdığını söyləyirdi.

Elə prokurorluqdakı araşdırmanın sonunda da gəncin qohumlarının iddialarının təsdiqlənmədiyi açıqlandı.

Ancaq mərhumun atası hələ də oğlunun ölümünün gerçək səbəblərinin ört-basdır edildiyini güman edir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button