Loading...
Loading...
ÖLKƏGündəm

Goranboy sakini minaya düşüb

qar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib

Yanvarın 18-də qar Məmmədov adlı şəxsin Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşdüyü bildirilir.

Bu barədə rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Vurğulandığına görə, aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olarkən minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

Həmin şəxsin 1996-cı ildə doğulduğu yerli sakinlərdən olduğu bildirilir.

Rəsmi açıqlamaya, hələlik, ondan ya yaxınlarından münasibət almaq mümkün olmayıb.

Goranboy rayonunun Tapqaraqoyunlu kəndi Azərbaycanın uzun illər münaqişə yaşanan Qarabağ bölgəsinə yaxın ərazidə yerləşir.

Xatırlama

Qarabağ münaqişəsi müasir mərhələdə 1988-ci ildə başlayıb.

Daha sonra Ermənistan Azərbaycan arasında sialahlı toqquşmalar baş verib.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ona bitişik 7 rayonu işğal edilmişdi.

2020-ci ildə, İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın (Azərbaycanın Laçın rayonu Ermənistanla sərhəddir) dəhlizində qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Gözdən qaçırmayın:  ABŞ Rusiya üçün hava məkanını bağlayır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun