2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Goranboyun polis idarəsində ölüm hadisəsi olub

Saytların yığılması Saytlarin yigilmasi
foto sosial şəbəkə
foto sosial şəbəkə.

Rəşad Qarayev izahat verərkən səhhəti pisləşib, vəfat edib

Goranboy rayon Polis Şöbəsində ölüm hadisəsi olub. Martın 27-si şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev polis şöbəsinə dəvət edilib. İzahat verərkən onun səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq vəfat edib.

Hazırda faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma aparılır.

Meydan TV məsələyə münasibət öyrənmək üçün Goranboy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətindən məsələdən xəbərsiz olduqlarını, ancaq bununla bağlı araşdırma aparacaqlarını bildiriblər.  

Daxili İşlər Nazirliyi də Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Daha öncə Mingəçevir və Bakının polis bölmələrində də ölüm hadisəsi olub. 

2 il öncə Mingəçevir şəhərində 27 yaşlı Bəhruz Hacıyevin polis bölməsində döyülərək qətlə yetirildiyini iddia edilirdi. Polis isə onun ifadə prosesində özünü pəncərədən atdığını söyləyirdi.

Elə prokurorluqdakı araşdırmanın sonunda da gəncin qohumlarının iddialarının təsdiqlənmədiyi açıqlandı. Bəhruz Hacıyevin atası oğlunun ölümünün gerçək səbəblərinin ört-basdır edildiyini deyirdi. 

Bir müddət öncə isə Lənkəran rayonunun Şürük kənd sakini, əslən Füzuli rayonundan məcburi köçkün, 46 yaşlı Yaqut Əliyeva Rayon Polis İdarəsində dəhşətli işgəncələrə məruz qaldığını söyləmişdi. O, bölmədə etmədiyi cinayəti boynuna qoymaq üçün döyüldüyünü deyirdi. Yaqut Əliyeva daha sonra polis idarəsində namusuna toxunacaqlarından ehtiyat edərək, özünü 3 mərtəbədən atmışdı.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button