2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Göyçay, İsmayıllı, Zərdab, Şamaxı rayonlarında əhali arasında erkən nigahla baglı maarifləndimə işi aparılacaq

“Erkən nikah gənclik üçün bəladır” layihəsinə start verən “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə reallaşdıracaqları layihə ilə  bu əhəmiyyətli problemə diqqət  çəkəcəklərinə inanır. Bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılacaq. Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tədbirlər və  görüşlər keçiriləcək. Əsas hədəf qrupunu təşkil edən orta məktəb şagirdləri üçün təbliğat xarakterli müxtəlif materiallar hazırlanacaq. Məhz bu rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlərin keçirilməsi təmin ediləcək. Mütəxəssislərin iştirakı ilə hazırlanacaq təbliğat vasitələri, keçiriləcək maarifləndirici tədbirlər, gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin isə problemin ciddiliyini bilməklə yanaşı  onların işin  məsuliyyətini dərk etmələrinə yardımçı olacaq. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırılacaqlar.
“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button