2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Göyçay sakini icra hakimiyyətindən narazıdır: Köşkümü bağlayıb, məni borca saldılar

Yayımlandı: 22 Mart 2023 11:15

“Dedilər ki, köşkü dayanacaqla birgə başqa əraziyə köçür”

Göyçay şəhər sakini Elnur Rəhimli fəhləlik edir, ayda cəmi 266 manat maaş alır. Beş nəfərlik ailəsində yeganə gəlir gətirənin özü olduğunu deyir. Bir müddət əvvəl kiçik sahibkarlıqla məşğul olmaq istəsə də, alınmayıb. Əvəzində borca düşüb:

Saytların yığılması Saytlarin yigilmasi

“Marşrut dayanacaqlarının birində “köşk” inşa etdirərək kiçik sahibkarlıqla məşğul olmaq istəyirdim ki, ailəmi dolandıra bilim. İcra hakimyyəti icazə də vermişdi. Amma sonradan sözlərinə əməl etmədilər, borca düşdüm, indi bankdan götürdüyüm krediti geri qaytara bilmirəm”.

Elnur Rəhimlinin sözlərinə görə, 2018-i ildə Göyçay Rayon İcra Hakimiyyətindən köşk yeri ilə bağlı razılıq alıb. Amma maddi imkanı olmadığından köşkü tikdirə bilməyib:

Bankdan kredit götürdüm, ötən ilin dekabrında dayanacaqla birgə köşk inşa etdirdim. Köhnə dayanacağı da şəhid ailəsindən birinə verdilər. Göyçay Rayon İcra Hakimiyyətinin Arxitektura və Memarlıq Şöbəsinin yeni müdiri Ayaz Səfərəliyev köşkün quraşdırılmasına icazə vermədi. Onların tələbiylə bələdiyyə ilə müqavilə də imzaladım, ancaq yenə də müxtəlif bəhanələrlə maneə törətdilər”.

Şikayətçi bildirib ki, rayondakı digər dayanacaqlarda köşklər fəaliyyət göstərir, amma nədənsə ona problem yaradırlar:

Dedilər ki, köşkü dayanacaqla birgə başqa əraziyə köçür. Elə bir yer göstərirlər ki, orada ümumiyyətlə gediş-gəliş yoxdur. Ayaz Səfərəliyev məni intihar həddinə çatdırıb. Özlərinin rayonda saysız-hesabsız  obyektləri var, amma kimsəsiz, arxasızları incidirlər”.

Elnur Rəhimlinin qardaşı Birini Qarabağ Müharibəsində həlak olub, şəhid statusu alıb. Özü valideynlərindən miras qalmış köhnə və qəzalı evdə yaşayır. Böyük övladı  işsiz kimi Göyçay Rayon Məşğulluq İdarəsində qeydiyyatdadır. Digər övladları isə məktəblidir:

“O qədər acınacaqlı durumdayıq ki, qaz pulunu ödəməyə gücüm çatmır, çöldən-bayırdan topladığım çör-çöplə qızınırıq”.

İcra hakimiyyətindən şikayətçiyə bildiriblər ki, köşkün quraşdırılması üçün ona şifahi razılıq verilib, bu isə qanuni əsas sayıla bilməz.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildiriblər ki, Elnur Rəhimlinin istifadə etdiyi ticarət köşkü qanunsuz şəkildə, rəsmi icazə olmadan quraşdırılıb. Hazırda rayon ərazisində vaxtilə qanunsuz inşa edilmiş və ya quraşdırılmış tikililərlə bağlı tədbirlər görülür:

Elnur Rəhimli icra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilib, şəhid qardaşı olduğu nəzərə alınaraq qanunsuz quraşdırdığı köşkün digər əraziyə köçürülməsi təklif olunub”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button