2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Göyçay: Suvarma İdarəsində şok korrupsiya – Fotolar

Göyçay Suvarma Sistemləri İdarəsinin müdiri Şakir Əhmədovun yarıtmaz fəaliyyəti və korrupsiya şəbəkəsinin əməlləri nəticəsində vətəndaşların təsərrüfatları məhv olur.

24saat.org-a şikayət edən Göyçay sakinləri – Rəsulov Valeh Akif oğlu, Məmmədov Sabir Davud oğlu, Qarayev Cümşüd Faiq oğlu, Səmədov Nüsrət Baba oğlu bildirirlər ki, çıxılmaz vəziyyətdə qalıblar.
Onların sözlərinə görə, dövlət hər il Suvarma Sistemləri İdarəsinə küllü miqdarda vəsait ayrır: “Göyçay rayon ərazisində suvarma sistemləri tamamilə məhv olub, sakinlərə məxsus əkin sahələri, bağ-baxçalar susuzluqdan məhv olur.
Bir nəfər korrupsioner var, var-dövlət sahibi olacaq deyə, minlərlə insana küllü miqdarda ziyanlar dəyir. Bu korrupsioner Şakir Əhmədov Göyçay rayon Suvarma Sistemləri İdarəsinin texnikalarını başqa işlərə pullu xidmətə cəlb edib küllü miqdarda gəlir əldə edir”.
Sakinləri qeyd ediblər ki, Suvarma Sistemləri İdarəsinin texnikalarına dövlətin ayırdığı yanacağı satdırır, “gözdən pərdə asmaq” üçün üzdə olan bir-iki su arxını təmizlətdirib ancaq kəndlərin içərisindəki suvarma kanallarını lil, kol-kos, qamışlıq və zir-zibil basıb təmizlənmir: “Buna görə arxlarda su tamam quruyub.
Dövlətin ayırdığı vəsaiti Şakir Əhmədov talan edib. Şakir Əhmədov talançılıq yolu ilə əldə ediyi vəsait hesabına təkcə Göyçay şəhər ərazisində 5 yerdə ev alıb, 8 ticarət obyekti, Hüngütlü və Potu kənd ərazisində hektarlarala torpaq sahəsi əldə edib.
Göyçay şəhərinin Nizami, 1 May, Xətai və Əli Kərim küçələrindəki evlərini kirayəyə verib, Zərdabi küçəsindəki evində isə özü yaşayır. Göyçay Rayon Polis Şöbəsinin keçmiş binasını başqasının adına özəlləşdirən Şakir Əhmədov həmin binanı Göyçar Rayon İcra Hakimiyyəti Başçısının Göyçay şəhər ərazi dairəsi nümayəndəliyinə icarəyə verib.
Göyçay şəhəri 1 May küçəsi ərazisindəki 2 mərtəbəli böyük binanı isə ” İnkişaf üçün Maliyyə ” Bankına baha qiymətə, köhnə avtovağzalın ərazisindəki obyektlərini isə çayxanaya və bər-bərxanaya icarəyə verib.

Şakir Əhmədov həmçinin talançılıq yolu ilə əldə etdiyi vəsait hesabına Bakı şəhərində 4 mənzilə, Qəbələ və İsmayıllı rayonlarında isə 2 mənzilə sahiblənib. Gizlətmək üçün bütün bu mülklərini isə başqa-başqa şəxslərin adına rəsmiləşdirmişdir. 3000 başdan çox qoyun sürüsü olan ferması var. Aylıq əmək haqqısı 400-500 manat olan Şakir Əhmədovun bu qədər əmlakı, var-dövləti təbii ki, korrupsiya ilə əldə edib.

Saytların yığılması Saytlarin yigilmasi

Şakir Əhmədov o dərəcədə harınlayıb ki, 27 yanvar 2015-ci il tarixdə Mübariz Ağayevin ikinci dəfə Göyçay Rayon İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin olunmasını təmtaraqlı qeyd etdirmişdir. Həmin vaxt Göyçay rayonunda 5 saat atəşfəşanlıq olmuş, gecədən səhərə qədər restoranlarda ziyafət təşkil edilmişdir.

Bütün bunları Şakir Əhmədov öz şəxsi hesabına etmişdir. Həmin günü atılan fişəngin birinin qiyməti 500 manat olmaqla 200 dən çox fişəng atılmışdır. Mübariz Ağayevlə dost olan Şakir Əhmədov bununla öz yerini daha da şirin salmışdır. Bu korrupsiyaya qurşanmış Şakir Əhmədovun əməlləri bizim iştirakımızla yerində hərtərəfli araşdırılmalı və onun barəsində təcili ciddi tədbirlər görülməlidir.
Vətəndaşlara su sarıdan zülm etdiyi üçün ona rayonda “yezid” ləğəbi veriblər. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab Prezident, sizdən xahiş edirik bu şikayətimizi öz nəzarətinizlə araşdırılıb Şakir Əhmədovun korrupsiya əməllərinin obyektiv araşdırılmasına xüsusi tapşırıq verəsiniz və barəsində qanunu tədbirlər görəsiniz.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button