2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Göyçayda Füzuli və Cəbrayıl rayonlarının işğal günündə konsert – FOTO

Göyçay rayonuna yeni təyinat alan Mehdi Səlimzadə Füzuli və Cəbrayıl rayonlarının işğalı günü konsert təşkil edib.

24saat.org saytı xəbər verir ki, 23 Avqust 2016-cı il tarixində Göyçay rayonunda icra hakimiyyətinin təşkilatçılığı ilə göyçaylı tarzən Rövşən Zamanovun solo konserti təşkil olunub

24saat.org saytının əldə etdiyi məlumatda o da bildirilir ki, təşkil olunan konsertlə bağlı rayonda müxtəlif üsullarla anonslar da yayımlanıb. Həmin anonslarda bildirilib “Əziz Göyçaylılar! Sizi 23.08.2016-cı il tarixində saat 19:00-da Göyçay rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş Göyçaylı tarzən Rövşən Zamanovun “Tarla dialoq” adlı solo konsertinə dəvət edirik. Konsert Göyçay Gənclər Mərkəzinin qarşısında keçiriləcəkdir” yazılmaqla konsertin birbaşa rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunduğu təsdiqlənib.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Göyçay rayon icra hakimiyyətinin başçısının birinci müavini İkram Vəliyevlə yaratdığımız əlaqə zamanı cənab Vəliyev faktı təsdiqləyərək bildirdi ki, həqiqətən də 23 Avqust tarixində Göyçay rayonunda konsert təşkil olunub. “İşğal günü konsert təşkil etmək nə dərəcədə doğrudur” sualına isə başçının birinci müavinin cavabı belə oldu – Mən deyə bilmərəm, rayon rəhbərliyinin tədbiridir. 

Bütün bunlardan sonra Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadənin diqqətinə çatdıraq ki, onun Göyçayda konsert təşkil etdiyi gün erməni seperatçıları Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını işğal edib. Bu işğal nəticəsində Füzuli rayonunun mərkəzi və 51 kənd işğal olunub, 1100 nəfərdən çox dən Füzuli sakini şəhid olub və itkin düşüb, 113 nəfər erməni yaraqlıları tərəfindən girov götürülüb və 1450 nəfər müxtəlif dərəcəli xəsarət alaraq ömürlük əlil olub. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkib ki, onlardan 155 nəfəri də yetim qalıb.

Mehdi Səlimzadənin konsert təşkil etdiyi gün həm də  Cəbrayıl rayonunun da Erməni silahlıları tərəfindən işğal olunduğu gün kimi Azərbaycan tarixinə düşüb. Rayon işğal olunarkən 250 nəfərə yaxın adam həlak olub, 91 nəfər itkin düşüb, 177 nəfər əlil olub.GOYCAY

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button