2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Göyçayda görmə əngəli uşağın pensiyası ikiillik bərpa olunub

Ləkçıplaq sakini uzun müddət süründürüldüyünü bildirib

Göyçayın Ləkçıplaq kənd sakini Leyla Quliyeva Meydan TV-yə müraciət etdikdən sonra övladının kəsilmiş pensiyasının yenidən bərpa edildiyini deyir.

O, pensiyanın qanunsuz kəsilməsindən narazı idi.

Saytların yığılması Saytlarin yigilmasi

Leyla Quliyevanın sözlərinə görə, iki övladı anadangəlmə görmə qüsurludur. Daha doğrusu, uşaqlar gözdə tor qişasının qopmasından əziyyət çəkirlər. Kiçik oğlu böyük oğluna nisbətən normal görür. Ancaq böyük oğlu – 13 yaşlı Sahil Quliyevin hər iki gözündə tor qişası qopduğundan həmişə müalicə və nəzarət altındadır. Ona görə də uzun illərin müayinə və müalicəsindən sonra 2019-cu ildən qanuni şəkildə pensiyaya çıxıb. Lakin bu ilin sentyabrda xəbərdarlıqsız pensiyası kəsilib.

Fotolar: Meydan TV

Ailə həmin aydan etibarən dəfələrlə müraciət edib, yenidən yoxlanışdan keçib, amma hər dəfə imtina cavabı gəlib:

“Bakıda Xalid adlı həkimi dedi ki, bu uşaq anadəngəlmə görmür, əməliyyat da olmaz. Dəfələrlə yoxlanıldı və ona 2019-cu ildən pensiya kəsildi. İlk dəfə ana üçün 50 manat baxımhaqqı, uşaq üçünsə 80 manat pensiya verildi. Sonrakı illərdə pensiya və baxımhaqqı birlikdə 280 manat oldu, yəni 200 manat uşağa və 80 manat anaya. Çünki ananın himayəsindədir. Bu pensiya da ötən ilin sentyabrına qədər alınırdı. O aydan etibarən isə kəsilib. 18 yaşa qədər əllilik dərəcəsi verilmir. Həkimlər də 18 yaşına qədər əməliyyat etmək istəmir ki, o vaxta qədər müalicə olunsun”.

Leyla Quliyeva deyir ki, həkimlərin dediyinə görə, əməliyyat uğurlu alınmaya da bilər:

“Dedilər, əməliyyat yaxşı nəticələnməz. 100-ə 99 faiz belə qarantiya yoxdur. Deyirlər ki, getdikcə, böyüdükcə gözdə görmə daha da zəifləyəcək. 18 yaşdan sonra isə əllilik dərəcəsi verəcəyik. Amma bizi sentyabrdan get-gələ salıblar. Burada bütün yoxlanışdan keçib, kağızların yığıb Bakıya – Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə getdik. Orada yoxlayıb: “Kodu düzgün deyil, yazılmayıb”, – deyə yenidən rayona göndərirlər. Bu dəfə də rayonda yoxladılar ki, Bakı düzgün qeyd etməyib, biz lazım olan hər şeyi kağızlarında qeyd etmişik”.

“Göyçay Mərkəzi Rayon Xəstəxanasında komputerdə sənədləri yoxlatdırdıq, düz çıxdı. Sənədlərdə səhv yoxdur, xəstəliyin kodu, həkimin rəyi olduğu kimidir. Problem Bakıdakı həkimlərdədir ki, get-gələ salıblar. 3 dəfədir ki, gedib-gəlirik. Biz də valideyn olaraq yollarda qalmışıq. Anadangəlmə görmə qüsurlu uşağın pensiyası niyə kəsilsin ki? Sənədlər də düzdür. Amma nə hikmətdirsə, sistem səhv deyir. Rayondakı və Bakıdakı müayinələrin, analizlərin rəyi hamısı yazılıb. Sadəcə, yenidən rədd edilib”, – deyə o bildirib.

Vətəndaş olaraq niyə get-gələ salınmışıq?”

Quliyevlər deyirlər ki, Göyçay Rayon Mərkəzi Xəstəxanasının həkimi Sevinc həkimin verdiyi tibbi rəy və müayinələrin nəticəsi Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi “Forma-88”-də əksini tapmayıb.

Onların sözlərinə görə, ailə ümidini həmin pensiyaya bağlasa da, Tibbi Sosial Ekspertiza Komissiyası 2022-ci il dekabrın 8-də sonuncu müraciətə də imtina cavabı verib.

Komissiya da Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin verdiyi sənədə istinad edib. Ailə isə düşünürdü ki, bu, süni maneədir və aradan qaldırılmalı, övladlarının pensiyası yenidən bərpa edilməlidir.

“Müalicə kəsilən kimi gözlər qızarır, damarlarına qan sızır”

Leyla Quliyeva deyir ki, uşaq hər ay müalicə alır. Müalicəsi dayanan kimi 7-ci sinif şagirdi olan oğlu gözlərində ciddi problemlər başlayır.

“Gözlərə qan sızır, özündən gedir və görməsi tamamilə itir. Ailəmisin də tək gəliri bu uşağın və nənəsinin pensiyasıdır ki, o da dolanışığımıza yetmir, nəinki müalicəyə… Uşağımın görməsi çox zəifdir, birdən görmə gedir, hər yeri işıq görür. Deyir ki, ana görmürəm, bu, nə işıqdır? Başı tez-tez gicəllənir, heç vaxt eynək taxmır, çünki gözlərinə eynək düşmür. Hər ay, iki aydan bir gedib yoxlanışdan keçir və müalicə alır. Müalicə kəsilən kimi gözlər qızarır, damarlarına qan sızır”.

“Heç yeri görə bilmir, aparırıq həkimə deyir ki, bəbəyə qan yığılıb. Ailədə tək nənəsi pensiya alır, o da şəkər xəstəsidir. Qardaşı da 6-cı sinifdə oxuyur, buna baxanda babatdır”, – ana danışır.

Meydan TV əməkdaşı pensiya ilə bağlı yaranmış problemin səbəbini öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı ilə əlaqə saxlayıb.

Onun tövsiyəsi ilə vətəndaş sənədlərini təkrar nazirliyə göndərib.

Yazı dərcə hazırlanarkən Leyla Quliyeva müxbirlə əlaqə saxlayıb və problemin həll olunduğunu deyib. Amma o, pensiyanın, sadəcə, ikiillik bərpa olunduğunu bildirib:

“Müraciətdən sonra uşaq yenidən Bakıda həkim müayinəsindən keçdi. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi yenidən gözün şəklini götürdü. Əməliyyat təklif etdilər, bir faiz görmə ehtimalına görə risk etmədik. Dedilər ki, onda pensiya iki illik düzəlir. Sonra 18 yaşında ərizə yazılacaq və əllilik veriləcək. İndi isə kağızı yazıldı, sistemə vuruldu və fevralın 10-nu günü Pensiya Fondundan kartı götürüləcək. Fevralın sonu pensiyasını alacağıq”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button