2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏSosialXəbərlər

Göyçayda inanılmaz özbaşınalıq – AVTOBAZA BAZAR EDİLİB

Göyçay rayon icra başçsı Mehdi Səlimzadə hara baxır bilmirik. Bu adam maraqlanmır ki, “Göyçay-Avtonəqliyyat” ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub, rahatlığını pozub. Olsun ki, Arif Əliyev qazandığı puldan onlara haqq verdiyi üçün ona gözün üstə qaşın var deyən yoxdur.

Arif Əliyev “Göyçay-Avtonəqliyyat” ASC-nin direktorudur. O, həmin avtobazanı bazar edib. Həmin bazardan gündəlik yaxşı qazanc əldə etsə də, antisanitariya, şəraitsizlik, qışda palçıq, yayda toz-torpaqdan bazara girmək mümkün deyil. Tozun-palçığın içində yerdə qida məhsulları, kənd təsərrüfatı malları satılır. Bunu da biz sakinlər məcburiyyət qarşısında alıb uşaqlarımıza yedizdiririk.

Saytların yığılması Saytlarin yigilmasi

Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru “Göyçay-Avtonəqliyyat” ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almır və heç bir tədbir görmür. Hazırda bütün bu neqativ hallar göz önündədir.

Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansa da asfalt örtüyü çəkdirmir, köhnə piştaxtaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyducu sistemi təşkil etmir. Bir-neçə gündür intensiv yağan yağışlardan sonra bazarda dəhşətli mənzərə yaranıb.

Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur. Bura nə bazar kimi bazardır, nə də ki, avtobaza kimi avtobaza. İşləməyən köhnə yararsız avtobuslar bazara qarışıb. Elə bil ki, “Göyçay-Avtonəqliyyat” ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub. Buna baxmayaraq, icra başçısı heç bir tədbir görmək istəmir. Buna görə də, Arif Əliyev bildiyini edir.

Bəlkə də Azərbaycanda belə antisanitariya içində fəaliyyət göstərən şəraitsiz ikinci bazar yoxdur. Biz mətbuat vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirik. Cənab prezident, pul qazanmaq üçün “Göyçay-Avtonəqliyyat” ASC-ni bazara döndərib antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan “bazarkom” Arif Əliyevin barəsində tədbirlər görəsiniz.

İmza Göyçay rayon sakinləri

Səmədova Vəcihə Firuddin qızı Feyzullayeva Durnisə Qüddəsər qızı Vəliyeva Güllü Fərman qızı Umudova Səmayə Çingiz qızı
Məmmədov Tahir Kamal oğlu
Süleymanov Bahadur Nurməmməd oğlu
İxtiyarov Neman Vəzir oğlu
Dadaşov Piralı Qulam oğlu
Yusifova Nərgiz Rafiq qızı
Nuriyev Oruc Cavad qızı
Əliyev Cavid Şahin oğlu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button