Now Reading:
Göyçayda kuryoz: rəis qazanxananı sexə satıb, sakinlər donur

Göyçayda kuryoz: rəis qazanxananı sexə satıb, sakinlər donur

Göyçayın Nətavan küçəsi 7 A-da yaşayan sakinlər Göyçay İstilik Sistemləri İstismar Sahəsinin müdiri Ayaz Səfəralıyevdən şikayətçidirlər.

24saat.org-a yazan sakinlər Ayaz Səfəralıyevin 500-dən çox sakinin yaşadığı 2 beşmərtəbəli binanın istiliyini təmin edən qazanxananı qanunsuz olaraq fiziki şəxsə satmasına etiraz edirlər.

Hazırda həmin qazanxana çörək bişirmə sexi kimi istifadə edilir. Ayaz Səfəralıyev rayon ərazisindəki qazanxanaların əksəriyyətini öz mülki kimi qanunsuz olaraq satıb.

Buna görə də 100 ailənin yaşadığı iki böyük binanın sakinləri soyuqdan əziyyət çəkirlər. Dövlət hər il büdcədən “Azəristiliktəchizat” ASC-yə pul ayırır, Ayaz Səfəralıyev isə həmin pulları mənimsəyir.

“Biz, bina sakinləri mətbuat vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək xahiş edirik ki, bu qanunsuzluqları yerində araşdırılsın və saxtakarlıqla məşğul olan Ayaz Səfəralıyevin barəsində ciddi tədbirlər görülsün”.

24saat.org xatırladır ki, “Azəristiliktəchizat” ASC prezidentin 08 iyun 2005-ci il tarixli 847 saylı sərəncamı əsasında yaradılıb. Bu quruma 76 milyon 191 min 834 manat pul ayrılıb.

Qurum dövlət büdcəsindən 2012-ci ildə 19 milyon 137 min 692 manat, 2013-cü ildə 32 milyon 774 min manat, 2014-cü ildə 13 milyon 517 min 373 manat alıb və müxtəlif tenderlərdə satınalmalarda xərcləyib.

Lakin xərclənən bu milyonlara rəğmən bu gün də nəinki ölkə ərazisində, paytaxtın mərkəzində belə istilik sistemi ürəkaçan vəziyyətdə deyil.

Hətta 2015-ci ildə “Azəristiliktəchizat”la “Azəriqaz” arasında yaranmış borc mübahisəsi səbəbindən paytaxt ərazisində istiliyin verilməsi total olaraq 10 gündən çox gecikib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.