Cəmiyyət

Göyçayda uşaq atasını güllələyib – 24 saat

Göyçayda 6 yaşlı uşaq atasını güllələyib.

Hadisə rayonun Xəlitli kəndində baş verib. 29 yaşlı kənd sakini Ariz Eyvazov qarın boşluğundan yaralanma diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı məlum olub ki, A.Eyvazov həyətyanı sahəsindəki xurma ağaclarını quşlardan qorumaq üçün tir tüfəngi ilə onları ovlamağa düşüb. Bağda olarkən o tüfəngi saxlamaq üçün 6 yaşlı oğluna verib. Bu zaman uşağın ehtiyatsızlıqdan açdığı atəş nəticəsində ata yaralanıb. Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı araşdırma aparılır.

24 saat” “Göyçayda uşaq atasını güllələyib – 24 saat” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda sürücü sükan arxasında filmə baxıb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button