2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Göyçayın yeni başçısının menyusuna – Fotolar

Göyçay rayon İcra Hakimiyyəti “Çınqıllı bazar”ı baxımsız qoyub.

Keçmiş icra başçısı Mübariz Ağayevin dövründə də bu bazar sahmana salınmadı. 24saat.org-a şikayət edən alıcıların sözlərinə görə, yeni icra başçısından keçmiş avtobazanın ərazisindən yerləşən bu bazarın nizamlanması xahiş olunur. Sakinlərin sözlərinə görə, Mehdi Səlimzadə təğyiri-libas olub ilk işi bazara yolunu salmaq olsa buradakı vəziyyətin canlı şahidi olar. Göyçaylılar saytımız vasitəsi ilə bildiriblər ki, RİH-də vəzifəlilər təzə başçıdan bu problemi gizlətməyə çalışacaqlar. Belə ki, satıcılarla alıcılar tozdan, palçıqdan, natəmizlikdən şikayət edirlər. Qeyd olunan bazarda kənd təsərrüfatı mallarının alverini edərək evlərinə qəpik-quruş aparan satıcılar başlarına yağış yağmasın, gün vurmasın deyə öz vəsaitləri hesabına ora örtük çəkiblər. Ancaq onlardan hər gün yığılan “vergi rüsumunun” hara xərcləndiyi, onlara normal şəraitin niyə yaradılmadığını bilmək istəyirlər. Lakin onlara məlumat verən yoxdur.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

 

goycay1

goycay2

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button