2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Göygöldə tibb xidməti yoxdur? – AÇIQLAMA

Redaksiyamıza tibbi xidmətlə bağlı şikayət daxil olub. Belə ki, Maralgöl və Göygöl ərazisində məskunlaşan sakinlər adıçəkilən ərazilərdə tibbi xidmətin olmadığını deyiblər. Hətta, sakinlərdən birinin ürəyində problem  yaranıb. Amma, ilkin tibbi yardım göstərən həkim birqadası tapılmayıb.

Modern.az saytı məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, həmin ərazilərdə tibb məntəqələri var.

Saytların yığılması Saytlarin yigilmasi

 

“Həm Maralgöl, həm də Göygöl ərazisində tibb məntəqəsi fəaliyyət göstərir. Həmin ərazidə yaşayan sakinlərə, eyni zamanda, əraziyə axın edən turistlərə səhhətlərində yaranan hər hansı problemlə bağlı ilkin yardım göstərilir. Sadəcə olaraq, ola bilsin ki, bəzi sakinlər həmin ərazilərdə fəaliyyət göstərən tibb məntəqəsindən  xəbərsizdirlər”.

 

Namidə BİNGÖL

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button