2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Gözəl Bayramlı: “Britaniya hökumətinin  bu addımı korrupsionerlərə “dur” mesajıdır”

 

“Azərbaycanlı korrupsionerlərin də İngiltərədə mülkləri var”

Böyük Britaniyanın baş naziri dünyanın müxtəlif ölkələrindən olan korrupsionerlərin İngiltərə ərazisindəki mülklərinin dövlətin xeyrinə müsadirə ediləcəyi ilə bağlı açıqlama verib. Devid Kemeron qeyd edib ki, hansısa korrupsionerin İngiltərədə daşınmaz əmlaka sahib olması yolverilməzdir.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlıdır, Britaniya hökumətinin bu yeniliyi azərbaycanlı korrupsionerlərə nə vəd edir?

24saat.org-a açıqlama verən AXCP sədrinin müavini Gözəl Bayramlı bu qərarın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Bu qərarı olduqca vacib hesab edirəm. Xalqdan oğurladıqları pullar hesabına dünyanın hər yerində mülkə sahib olan korrupsionerlerin mülklərinin müsadirə olunması bir mesajdır, korrupsionerlərə “dur” mesajıdır. Heç kəsə sirr deyil ki, Azərbaycanda da belə korrupsionerlər mövcuddur və onların da korrupsiya hesabına əldə etdikləri mülklər var. Onlar bu mülkləri dünyanın hər yerində, o cümlədən İngiltərədə alıblar. Araşdırmalar bunu sübut edir və hakim ailənin də belə mülklərə sahib olduğu məlumdur. Düşünürəm ki, həmin qərar Azərbaycandan olan korrupsionerlərə də şamil olunmalıdır ve olunacaq da”.

Seymur Əliyev, 24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button