2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlı həbs edildi

Saytların yığılması Saytlarin yigilmasi
Gözəl Bayramlı
Gözəl Bayramlı.

”O, bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək”

Mayın 26-da AXCP sədrinin müavini Gözəl Bayramlı Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə azadlıqdan məhrum edildi. Bu barədə Meydan TV-yə onun vəkili Elçin Sadıqov məlumat verib. O, bu qərardan narazı olduqlarını, apelyasiya şikayəti verəcəklərini söyləyib:

”Gözəl xanımın əhval-ruhiyyəsi yaxşıdır və məhkəmədə də bildirdi ki, o, siyasi fəaliyyətindən peşman deyil. Bundan sonra da siyasi fəaliyyətini davam etdirəcək. Ümumiyyətlə, Azərbaycan Respublikasından pulun aparılıb-gətirilməsi ilə bağlı hər-hansı bir rüsum yoxdur. Ona görə də, bu cinayətin törədilməsinin motivi də yoxdur. Gözəl Bayramlı məhkəmədə bildirdi ki, pul onun çantasına əməkdaşlar tərəfindən qoyulub. Biz də öz növbəmizdə vəsatət qaldırdıq ki, pulların üzərindəki əl-barmaq izləri götürülsün”.

Elçin Sadıqov Gömrük Keçid Məntəqəsində Gözəl Bayramlı ilə kobud rəftar edildiyini söyləyib. Dərmanlarının əksəriyyətinin əlindən alındığını deyib.

Gözəl Bayramlının mayın 25-də Gürcüstandan qayıdarkən Qazax Sərhəd-Keçid Məntəqəsində saxlanıb. Bu barədə ilk məlumatı AXCP sədri Əli Kərimli öz “Facebook” səhifəsində yayıb.

Daha sonra Dövlət Sərhəd Xidməti (DSX) onun saxlanması haqqında məlumat paylaşıb. Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlandığı bildirilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button