2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlı məhkəmədən belə çıxdı FOTO VİDEO

AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan müayinədən Azərbaycana qayıdarkən Qazax sərhəd keçid məntəqəsində şərləmə qaçaqmalçılıq ittihamı ilə saxlansa da, Bakıda məhkəmə önünə təxminən 1 sutka sonra çıxarılıb. mayın 26-da onu əvvəlcə Şəmkirdəki Sərhəd Xidməti Məntəqəsinə aparıb saatlarla orda saxlayıblar, sonra da Bakıya Sərhəd Xidmət İdarəsinə gətiriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkili vasitəsilə məlumat versələrdə ki, məhkəmə saat 15 radələrində başlayacaq, G.Bayramlını DSX-dan Səbail məhkəməsinə gətirmnək gecə saat 12-yə qədər çəkib. Təxminən gecə saat 12 radələrində G.Bayramlının məhkəməsi başlayıb.

AXCP rəhbərliyi, azv və tərəfdarları, ictimai-siyasi fəallar G.Bayramlıya dəstək məqsədilə məhkəmənin önünə toplaşıblar. Məhkəmə gecəyə qədər yubadıldığı üçün onların bir qismi saatlarla gözləyəndən sonra ərazini tərk ediblər. Bununla belə, gecə saat 1 radələrinə qədər onlarla AXCP fəalı və tərəfdarı məhkəmənin önündə G.Bayramlının çıxmasını gözləyiblər.

Barəsində 3 ay həbs-qətimkan tədbiri seçilmiş G.Bayramlı məhkəmə binasından yüksək əhval-ruhiyyədə və mübarizə əzmində çıxıb. G.Bayramlı onu gözləyənləri iəlini havaya mübarizəyə davam simvolu kimi qaldıraraq salamlayıb və alqış sədaları altında yola salınıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button