2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Gözəl Bayramlı yeriməkdə çətinlik çəksə də, ona əl ağacı verilmir

AXCP sədrinin müavinin apellyasiya şikayəti təmin olunmadı

Saytların yığılması Saytlarin yigilmasi

AXCP sədrinin müavini Gözəl Bayramlı haqqında həbs-qətimkan tədbirinin müddətinin daha iki ay uzadılmasına dair Nəsimi Rayon Məhkəməsinin 17 avqust tarixli qərarından verilmiş apellyasiya şikayəti təmin olunmayıb. Avqustun 24-də Bakı Apellyasiya Məhkəməsində Namiq Məmmədovun sədrliyilə qapalı keçirilən məhkəmə iclasının nəticəsi olaraq, belə bir qərar çıxarılıb. Bu haqda “azadliq.info”ya Gözəl Bayramlının vəkili Zibeydə Sadıqova məlumat verib.

Məhkəmədə Gözəl Bayramlı özü də iştirak edib. Məhz siyasi fəaliyyətinə, hakimiyyəti tənqid edən fikirlərinə görə həbs olunduğunu deyən Gözəl Bayramlı ona qarşı irəli sürülmüş ittihamların saxta olduğunu bildirib.

Elə vəkil də Gözəl Bayramlıya qarşı heç bir ciddi sübut ortaya qoyulmadığını, onun əsassız olaraq həbsdə saxlandığını deyir.

Zibeydə Sadıqova Gözəl Bayramlının səhhətindəki problemlərdən də danışıb. Bildirib ki, o, yeriməkdə çətinlik çəkir, buna baxmayaraq, hələ də ona əl ağacı verilmir. Bundan əvvəl də Gözəl Bayramlının müayinə və müalicəsinə imkan yaradılması üçün dəfələrlə müvafiq qurumlara müraciət etdiklərini deyən vəkil təəssüflə qeyd edir ki, bu müraciətlərin heç bir nəticəsi yoxdur: “İstintaq müalicə reseptinin Gözəl Bayramlıya verilməsi haqda vəsatətimizi təmin edib, amma yenə də vermirlər. Heç olmasa, onun Penitensiar Xidmətin Müalicəəsissəsinə köçürülməsini istəyirik, buna da imkan verilmir”.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən “Sınıq körpü” sərhəd-buraxılış məntəqəsində saxlanılıb. Onun üzərindən bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunsa da, Gözəl Bayramlı həmin pulun çantaya məhz axtarış aparanların özləri tərəfindən atıldığını bildirir.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button