2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlının evində axtarış aparılıb

AXCP sədrinin müavini Gözəl Bayramlının saxlanma yeri onun vəkilindən və yaxınlarından gizlədilib. Vəkili və yaxınları bu gün tezdəndən etibarən G.Bayramlını bir neçə polis idarəsinin müvəqqəti saxlanma yerində axtarıb, amma tapa bilməyib. Günorta saatlarında bəlli olub ki, G.Bayramlını Kürdəxanadakı istintaq təcridxanasına aparıblar.

Bu arada o da bəlli olub ki, G.Bayramlı saxlanılandan sonra onun yaşadığı və qeydiyyatda olduğu ünvanlarda axtarış aparılıb. Bacısı Şirin xanım bildirib ki, dünən Gözəl xanımın Qaraçuxur qəsəbəsində yaşadığı evdə  və Nərimanov rayonunda qeydiyyatda olduğu qohumlarının evində axtarış aparılıb. Özlərini rəsmi şəkildə təqdim etməyən 5 nəfər polis əməkdaşı evlərin altını üstünə çevirərək, G.Bayramlıya məxsus bəzi sənədləri və əşyaları götürüblər. Onların götürdükləri sənədlər arasında xanım siyasətçinin Nərimanov rayonundakı qohumuna məxsus evin “kupça”sı da olub. Ailə üzvləri axtarışa və  sənədlərin götürülməsinə etirazlarını bildirsələr də, polis əməkdaşları onlara məhəl qoymadan “müsadirə olunan” materialları götürüb gediblər.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button