2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlının hәbsinә daha bir etiraz

Rüfət Səfərovun anası: “Gözəl xanım haqsızlıqla, ədalətsizliklə barışmayan bir fədakar döyüşçüdür”

Siyasi məhbus Rüfət Səfərovun anası Tahirə xanım AXCP sədrinin müavini Gözəl Bayramlının həbsi ilə bağlı status paylaşıb. Tahirə xanım vurğulayıb ki, bu həbs G.Bayramlının siyasi baxışları ilə əlaqəlidir: “Gözəl xanımın həbsi məni çox üzdü. O , buna haqq etməmişdir. Mənim onunla siyasi məhbusların işi ilə əlaqədar keçirilən tədbirlərdə bir neçə dəfə görüşüm olub. Həqiqətən o mübariz bir qadındır. Mənə belə təsir bağışlamışdı Gözəl Bayramlı. Səmimi və yüksək insani dəyərləri özündə cəmləyən bu xanım həm də olduqca kövrək qəlbə malik bir şəxsiyyətdir. Rüfətlə bağlı onun necə heyfsləndiyini və mənimlə bərabər necə göz yaşı tökdüyünü gördüm və bu andan da bir məhbus anası olaraq Gözəl xanıma qəlbimdə dərin bir məhəbbət və silinməz sevgi yarandı. O, sözün əsl mənasında mübariz bir qadın, haqsızlıqla,ədalətsizliklə barışmayan bir fədakar döyüşçü kimi gözlərim önünüdə canlanır. Onu unutmaq, ürəyi övlad dərdi ilə döyünən bir ana kimi mənim üçün qeyri-mümkündür. Gözəl xanımı həbsə atanlar elə düşünməsinlər ki, böyük qəhrəmanlığa imza atıblar. Əsla yox! Bütün siyasi məsələləri qoyuram bir kənara,o hər şeydən əvvəl çoxlarına nümunə olacaq və mənim təsəvvürümdə həmişə belə qalacaq bir Azərbaycan qadınıdır. Ona qarşı bu cür rəftarı və haqsızlığı qəbul edə bilmərəm. O , əlində silah dövlətə qarşı üsyan etməmişdir. Ona bu cür tələnin qurulmasının səbəbləri hər kəs üçün aşkardır. Hakimiyyət heç də özünə başucalığı gətirməyən bir işə əl uzatmışdır. Məni daha çox narahat edən bir məqam da vardır ki, üzərindən sükutla keçə bilmirəm. Eşidəndə ki , Gözəl xanımı saxlayarkən ona qarşı heç bir mənəvi dəyərlərə sığmayan kobud münasibət göstərilib, mən bundan daha da sarsıldım. Həyatı siyasi mübarizələrdə keçən Gözəl xanımın həbsini qətiyyətlə pisləyir və onun tezliklə azadlığa buraxılmasını böyük Allahımdan arzu edirəm. Bu müqəddəs orucluq ayında dualarım onunladır”.

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button