2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözəl Bayramlının işi DSX-dan alınıb prokurorluğa verildi

 AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işi Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsindən alınaraq, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verilib.

Bu barədə “Azadliq.info”ya daxil olan məlumatda bildirilir ki, Gözəl Bayramlıya qarşı yeni qondarma ittihamların irəli sürülməsi istisna olunmur. Gözəl Bayramlı mayın 25-də axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. İddia olunub ki, guya sərhəd-buraxılış məntəqəsindən keçərkən 12 min dollar pul tapılıb.

Saytların yığılması Saytlarin yigilmasi

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Mayın 26-da Səbail rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlının barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Gözəl Bayramlı məhkəmədə deyib ki, 12 min dolları elə sərhəd-buraxılış məntəqəsinin əməkdaşları özləri onun əşyaları arasına atıblar, o, sırf siyasi fəaliyyətinə görə həbs olunub.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button