2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gözdən əlillər hökumətdən ev istəyir

“Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bizi aldadıb”

Saytların yığılması Saytlarin yigilmasi

İyunun 14-də bir qrup gözdən əlil Ədliyyə Nazirliyinin önündə aksiya keçirib. Onlar hökumətdən ev tələb ediblər. Bildiriblər ki, illərdir ev növbəsində olduqları halda, mənzil ala bilməyiblər.

Əlillər Nərimanovda onlar üçün nəzərdə tutulan torpaq sahəsinin satıldığını, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevinsə onları aldatdığını iddia edirlər.
Onlardan Qədir Cavayev 2001-ci ildən ev növbəsində olduğunu deyib. Bildirib ki, Səmyar Abdullayev 2004-cü ildə ondan 2 min manat pul alıb.

Vəfadar Novruzov da şikayətçidir. Deyir, Ədliyyə Nazirliyindən onlara şikayətləri ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə ediblər.

Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev isə Meydan TV-yə evlərin hələ hazır olmadığını, tikintisinə yeni başlandığını söyləyib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button