Now Reading:
Gözlənilən oldu, avtomobillər BAHALAŞDI – VİDEO

Xəbər verildiyi kimi, Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu 2018-ci ilin yanvar ayının 1-dən 75%-ə qədər artırılacaq.

Qərar avtomobil qiymətlərinə indidən təsir göstərməyə başlayıb. Satıcılar bildirir ki, avtomobillərin qiymətində 1500 manatdan çox bahalaşma var. Qiymət artımı ən çox satılan “Mercedes” markalı avtomobillərə təsir edib. Satıcılar qiymətin artması ilə bağlı bazarda alıcıların sayının azlığından şikayətlənir.

Metbuat.az-ın əməkdaşının avtomobil bazarından hazırladığı reportajı təqdim edirik:

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən mühərrik həcmi 1500 kubsantimetrdən böyük işlənmiş avtomobillər üçün hər 1 kubsantimetrə görə 1 dollar 20 sent, təzə avtomobillər üçün isə 70 sent idxal rüsumu alınacaq.

Hazırda isə bu rüsum işlənmiş avtomobillər üçün 70, təzə avtomobillər üçün isə 40 sent təşkil edir.

Daha ətraflı videoda izləyin:

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.