2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gözlər Moskvada: İrəvan qarışır, Bakı cavab gözləyir…

Aprelin 19-da Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşməlidir. Görüşdə Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması ilə bağlı Qərbin liderliyi ilə Brüsseldə formalaşmış gündəm müzakirə ediləcək. 

Görüş ərəfəsində Ermənistanda siyasi hərarət yüksəlməkdədir. Keçmiş siyasi elitanın rəhbərlik etdiyi müxalifət İrəvanda və başqa şəhərlərdə fasiləsiz mitinqlər keçirir, Paşinyan hakimiyyətinə ultimatum göndərir. Müxalifətə və Rusiyaya bağlı media qurumları da iqtidarın Qarabağı Azərbaycana təslim etdiyinə dair təbliğat aparırlar. 

Saytların yığılması Saytlarin yigilmasi

Ermənistanın 1998-2008-ci illərdə xarici işlər naziri olmuş Vardan Oskanyan isə yerli mediada dərc etdiyi məqalədə qeyd edib ki, hakimiyyət, nəyin bahasına olursa-olsun, Bakı ilə sülh müqaviləsi imzalamaqdan çəkinməlidir, çünki bu sənəd Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasını qaçılmaz edəcək. Oskanyanın sözlərinə görə, Paşinyanın sözügedən sənədi imzalamaqdan imtina etməsi üçün ciddi və tutarlı arqumentləri var: 

“Birincisi, hüquqi baxımdan bu sənəd Ermənistan konstitusiyasına və Ermənistan Ali Şurasının 1992-ci il qərarına zidd olacaq. Belə bir sənədi imzalamaq və ratifikasiya etmək üçün Əsas Qanuna dəyişiklik etmək və Ali Şuranın qərarına yenidən baxmaq lazım gələcək”

Oskanyan, Paşinyana işarə edərək, qeyd edib ki, seçkilərdə qələbə qazanmaq hələ bütöv bir xalqın taleyi ilə bağlı özbaşına qərar vermək hüququna sahiblənmək deyil. Keçmiş xarici işlər naziri hakimiyyətin hazırkı siyasəti ilə birinci prezident Levon Ter-Petrosyanın 1997-1998-ci illərdəki mövqeyi arasında paralellər aparıb. Onun sözlərinə görə, bugünkü vəziyyət 24-25 il əvvəlki hadisələrlə oxşardır və taleyüklü dönüş nöqtəsidir. Oskanyan məqaləsində 1998-ci ilin yanvarında Təhlükəsizlik Şurasının iclasında baş vermiş hadisədən də bəhs edib:

“Həmin görüşdə prezident Ter-Petrosyan nizamlanma ilə bağlı yanaşmalarını açıqladı. Prezident əmin idi ki, Laçın rayonu istisna olmaqla, Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana verilməsi Ermənistanın və erməni xalqının maraqlarına uyğundur. O, vurğulayırdı ki, mövcud geosiyasi vəziyyəti və Ermənistanın inkişaf imkanlarının məhdud olduğunu nəzərə alsaq, başqa variantlar axtarmaq olmaz. Prezidentin opponentləri isə başqa cür düşünürdülər. Onlar bildirirdilər ki, vasitəçilərin təklif etdiyi sənəddə Dağlıq Qarabağın statusu ilə bağlı heç bir qeydin olmaması təşviş doğurur. Prezident isə israrla bildirirdi ki, Qarabağın statusu ilə bağlı sənədlərdəki istənilən istinad Azərbaycanın ərazi bütövlüyü məsələsini istisna edəcək”. 

Keçmiş nazirin sözlərinə görə, o zaman əmin idi ki, status məsələsini gündəmə gətirməklə, danışıqlarda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı ifadələrdən qaçmaq tamamilə mümkündür: “Sonrakı illərin danışıqlar prosesi mənim haqlı olduğumu sübut etdi. ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı üç təklifini – ümumi dövlət, Ki-Uest variantı və Madrid prinsiplərini masaya qoydu. Hər üç təklifdə Dağlıq Qarabağın statusu məsələsi Azərbaycanın ərazi bütövlüyündən kənarda saxlanılıb. Paşinyanla Ter-Petrosyan arasında əsas fərq ondan ibarətdir ki, birinci prezident Dağlıq Qarabağın statusunun müzakirəsindən yayınmağı, onu gələcəyə buraxmağı təklif edib. Baş nazir isə Dağlıq Qarabağ xalqının təhlükəsizliyi təmin olunarsa, onu Azərbaycanın bir hissəsi kimi tanımağa meyllidir”

Oskanyan hesab edir ki, Paşinyan və onun tərəfdaşlarının Dağlıq Qarabağın statusu ilə bağlı gözləntiləri aşağı salmağa hazır olduqları barədə çıxışları danışıqlarda Ermənistan üçün bütün yolları bağlayır. 

Ermənistandakı hazırkı situasiyanı və anti-Paşinyan çıxışları dəyərləndirən politoloq Fərhad Məmmədov isə deyir ki, Baş nazirin Moskva səfəri öncəsi Ermənistan müxalifətinin mitinqləri və Qarabağdakı müharibə cinayətkarlarının davranışları bu siyasi qrupların çarəsizliyini nümayiş etdirir: “Çünki Azərbaycanın ərazi bütövlüyünün tanınması və suverenliyinin qəbul edilməsi Ermənistandakı bu çevrələri və separatçı cinayətkarların mövcudluğunu şübhə altına qoyur. Onların daha baş sponsorlarına – Rusiya və erməni diasporuna təklif edəcəkləri cəlbedici gündəm qalmayıb. Ona görə də mövcud küçə etirazları və təxribatlar onların üzləşəcəkləri qazılmaz təhlükəyə yeganə cavablarıdır”

F.Məmmədov vurğulayır ki, əgər Moskva görüşündən sonra Ermənistan-Azərbaycan gündəmindəki məsələlərdə irəliləyiş əldə olunmasa, Bakının hərəkəti sərt və birtərəfli olacaq: “Hərbçilərimiz Ermənistanla sərhəddə və Qarabağda tapşırıqlarını yerinə yetirmək üçün hazır vəziyyətdə gözləyirlər. Qısası, iki həftə ərzində Paşinyandan konkret qərarlar və addımlar gözləyirik. İlkin əlamətlərdən hiss olunur ki, Rusiya sülh müqaviləsinin mətni ilə bağlı erməni tərəfi ilə məsləhətləşməyə hazırlaşır”

Turqut

24 saat” “Gözlər Moskvada: İrəvan qarışır, Bakı cavab gözləyir…” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button