2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Gözəl Bayramlının cəzası azaldılıb

Ali Məhkəmə AXCP sədr müavininin işinə baxıb

Noyabrın 14-də Ali Məhkəmədə AXCP sədrinin müavini Gözəl Bayramlının kassasiya şikayətinə baxılıb. Hakim Hafiz Nəsibovun sədrliyilə keçirilən məhkəmədə G.Bayramlı haqqında hökm dəyişdirilib. Ona Cinayət Məcəlləsinin 206.1 maddəsilə verilən qaçaqmalçılıq ittihamı 29,206.1 maddəsinə – qaçaqmalçılığa cəhdə tövsif olunub. Cəzası da 3 ildən 2 il 10 aya endirilib.

Məhkəmədə G.Bayramlının vəkili Elçin Sadıqov bildirib ki, o, Azərbaycanda Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsilə həbsdə saxlanılan yeganə şəxsdir. Digərlərinə həbslə bağlı olmayan alternetiv cəzalar verilir.

Vəkilin sözlərinə görə, aşağı instansiya məhkəmələrində G.Bayramlının işinə baxılarkən verilən 14 vəsatətin heç biri təmin olunmayıb. Bundan başqa, həqiqətin üzə çıxması üçün sərhəd-buraxılış məntəqəsindəki kamera görüntülərinin alınmasını istəyiblər, cavab verilib ki, görüntülər saxlanılmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, G.Bayramlı Gürcüstanda olarkən də xüsusi xidmət orqanları tərəfindən izlənilib. Bunu Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin məktubları da sübut edir. Həmin məktublar cinayət işinin materialları arasında var.

E.Sadıqov vurğulayıb ki, G.Bayramlı heç gömrük postunu keçmədən saxlanılıb:

“Adam gömrük postundan keçmədiyi halda, ona istintaqın versiyasına uyğun olaraq, qaçaqmalçılıqla pul keçirmək ittihamı irəli sürülüb”.

Hakimlər müşavirədən sonra ittiham maddəsinin dəyişdirilməsi və cəzanın iki ay azaldılması barədə qərarı elan ediblər.
AXCP sədri Əli Kərimli jurnalistlərə açıqlamasında G.Bayramlının günahsız olduğunu vurğulayıb. Onun cəzasının cəmi iki ay azaldılmasını isə “biabırçı hadisə” adlandırıb:

“Beynəlxalq Bankın Nəqliyyat filialı vasitəsilə ölkədən 2.9 milyard çıxarılır, ofşorlara göndərilir, sonra da Qərb siyasətçilərinin satın alınmasına xərclənir. O filialın rəhbərinə 3 il şərti cəza verilir. MTN hadisələrində bu qurumdakıların hansı işlərlə məşğul olduğunu hər kəs gördü. Lakin o adamlar bir-bir azadlığa buraxılır. Gözəl Bayramlı isə heç bir günahı olmadığı halda, sırf siyasi fəaliyyətinə görə belə cəzalandırılır. Saleh Rüstəmli, Aqil Məhərrəmli, Ruslan Nəsirli, Babək Həsənov və başqa günahsız cəbhəçilər kimi Gözəl Bayramlı da siyasi girovdur. Bütün bunlar Xalq Cəbhəsinə divan tutmaq, qisas almaq, haqq mübarizəmizin qarşısını almaq məqsədi güdür”.

G.Bayramlı 2017-ci il mayın 25-də həbs olunub. Onun Gürcüstandan gələrkən çantasında gömrüyə bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunur.

G.Bayramlı isə həmin pulun ona məxsus olmadığını, məntəqədən keçərkən gömrükçülər tərəfindən cibinə atıldığını bildirir.

24saat.org xəbəri Meydan TV-yə istinadən təqdim edir

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button