Türkiyə
Gözlənilən istefa Havayda gəldi!
2023-08-18 12:24:53
class=”mediyanet-inline-adv”>
ABŞ-ın Havay ştatının Maui adasında avqustun 8-də başlayan və 111 nəfərin ölümünə səbəb olan meşə yanğınları istefaya səbəb olub. Yanğın zamanı sirenləri səsləndirmədiyi üçün tənqid hədəfinə çevrilən adanın Fövqəladə Hallar İdarəsi rəisi Herman Andaya istefa vermək qərarına gəlib.
Daha əvvəl fövqəladə halların idarə olunmasında peşəkar təcrübəyə malik olmadığını bildirən Andaya “səhhətindəki problemlər” səbəbilə istefa verdiyini açıqlayıb.
Maui meri Riçard Bissen verdiyi açıqlamada, “Qarşılaşdığımız böhranın ciddiliyini dərk edərək, komandam və mən mümkün qədər tez bu əsas vəzifəyə yeni bir şəxsi təyin edəcəyik. Bu açıqlamanı tezliklə verməyi planlaşdırıram” dedi.
Tərcümə“24 SAAT”