2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gözü görməyən 5 yaşlı Hüseyn Quranı əzbərlədi- İnanılmaz (VİDEO)

“Gözü görmədiyi üçün televizor almağın mənası  olmadığından oğluma radio aldım. Və onu bütün sutka boyu  müsəlmanların Müqəddəs Kitabının oxunuşunu yayımlayan radiostansiyaya köklədim. Heç ağlıma da gətirməzdim ki, Hüseyn bütün Quranı yadında saxlaya bilər. Heç onun Quran əzbərləməklə məşğul olduğunu da bilmirdim…”

24saat.news -un xarici İslam saytlarına istinadla yazdığına görə, bu sözləri Səudiyyə Ərəbistanından olan  5 yaşlı Hüseynin atası Muhəmməd Tahir söyləyib.  Hüseyn anadangəlmə dünya işığına həsrətdir. Atası ona radio aldıqdan bir müddət sonra onlar Ciddədən Mədinəyə köçürlər. Balaca Hüseyn onu Peyğəmbər əleyhissəlamın məscidinə aparmağı xahiş edir. Atası  oğluna bu arzusunu yalnız Quranın Əl-Bəqərə surəsindən  bir neçə ayəni əzbərləyəcəyi halda həyata keçirəcəyini bildirir. Buna cavab olaraq Hüseyn nəinki bir surəni, bütün Quranı əzbər söyləməyə  başlayır. Yalnız bundan sonra atası oğlunun gündəlik radio dinləməklə Müqəddəs Kitabı əzbərlədiyni anlayıb.
Muhəmməd Tahir oğlu Hüseyni bir neçə Quran  müəlliminə göstərib. Onlar da təsdiqləyiblər ki, həqiqətən 5 yaşlı uşaq bütün Quranı əzbər bilir. Ona ayələri daha mükəmməl oxumaq üçün cəmi bir neçə ay kifayətdir.
5 yaşında hafiz olan Hüseynin atası söyləyir ki, oğlunun Quranı əzbər bildiyini öyrəndikdən sonra özünü çox xoşbəxt hiss edir və onun korluğuna görə illər boyu çəkilən əziyyətləri də unudub.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button