Now Reading:
Gözümüzün qarşısında vəkillik institutu məhv edilir

AXCP sədri Əli Kərimli Vəkillər Kollegiyası Rəyasət Heyətinin vəkil İradə Cavadovanın fəaliyyətini dayandırmasına münasibət bildirib. AXCP sədri feysbuk səhifəsində yazıb:

Vəkil İradə Cavadovanı tanıyırsınızmı? İradə xanım Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeganə üzvü idi ki, tanınmış hәmkarı Yalçın İmanovun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasına etiraz etmişdi. 6 ay sonra özünü də vəkillikdən uzaqlaşdırdılar. Gözümüzün qarşısında vəkillik institutu məhv edilir. Əgər əvvəllər müstəqil vəkilləri tanınmış siyasi məhbusları müdafiə etdiyinə, məhbuslara verilən işgəncəni ictimailəşdirdiyinә görə vəkillikdən uzaqlaşdırırdılarsa, indi artıq öz həmkarını müdafiə etməyə cəsarət göstәrənləri də cəzalandırırlar. Standartları aşağı sala-sala gedirlər. Əziz həmvətənlər, vəkilliyin bir institut kimi sıradan çıxarılması yalnız ictimai-siyasi fəalları deyil, hamımızı narahat etməlidir. Etiraz səsimizi hamılıqla ucaltmalıyıq!

QR:  <?php the_title(); ?>

1 comment

  • 24saat

    Salam ! Mən belə bir məlumat oxumuşam ki, təqaüdə cixandan sonra 6 il fasiləsiz işləyən vətəndaşın təqaüdündə artım olmalıdır. Amma bu artım mənə şamil edilməyib. Bu barədə məlumat vermənizi xahiş edirəm. Məlumat ücün bildirirəm ki , 2006 – cı ilin iyun ayında təqaüdə cıxmışam və 2012 -ci ilin avqust ayına qədər işimi davam etdirmişəm.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.