2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gözünə budaq batan montyor təzminat ala bilmədiyini deyir

Yayımlandı: 27 Mart 2023 16:33

“Dedilər ki, qanunda sənə təzminat ödəməklə bağlı müddəa yoxdur”

“Beş il idi ki, Sədərək işıq idarəsində elektirk montyoru işləyirdim. 2020-ci il iyunun 9-da iş prosesi zamanı bədbəxt hadisə baş verdi. Sol gözümə ağac budağı batdı. Hadisədən bir gün sonra Naxçıvan Diaqnostika Müalicə Mərkəzində əməliyyat olundum. Hazırda gözdən əliləm. İşlədiyim idarə tərəfindən bunun qarşılığında mənə heç bir təzminat ödənilməyib”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu Meydan TV-yə Sədərəyin Qaraağac kənd sakini Bayram Rizvan oğlu Sultanov deyir.

O bildirir ki, iyunun 9-da qəza baş verməzdən öncə idarədə hərəkət cədvəlinə, davamiyyətə və təhlükəsizliyə qol çəkib.

Bayram Sultanov deyir ki, istehsalat qəzası nəticəsində sağlamlığı pozulsa da, işlədiyi idarə tərəfindən ona dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi yardım göstərilməyib:

Mənə heç bir təzminat ödənilmədi. Üstəlik, həmin iş yerindən təqaüdə çıxmaq istədim. Bildirdilər ki, bu, mümkün deyil. 3-cü qrup əliləm, 150 manat pensiya alıram. İş yerimdən pensiyaya çıxsaydım, maaşımın 80 faizini alacaqdım. Maaşım 413 manat idi”.

Özünə qarşı haqsızlıq edildiyini düşünən şikayətçi deyir ki, məsələ ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayevin qəbulunda olub:

Namiq Paşayevdən kömək istədim. O da mənə müsbət cavab vermədi. Dedi ki, sənə köməklik göstərməyimlə bağlı qanunda elə bir müddəa yoxdur. Halbuki mən qanundan kənar nəsə tələb etmirəm. İş vaxtı başıma gələn qəzaya görə maddi yardım ödəməli idilər, bunu etmədilər. İşdən pensiyaya çıxmağıma da imkan vermədirlər. Mən haqqımı tələb edirəm”.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin başməsləhətçisi Murad Quluzadə Meydan TV-yə Bayram Sultanovun iş qəzası nəticəsində xəsarət aldığını təsdiqləyib.

O əlavə edib ki, Əmək Məcəlləsinə müvafiq olaraq vətəndaşa dəymiş zərərə görə maddi təzminat ödənilib:

Fövqaladə vəziyyətlə əlaqədar işləyən idarə olduğumuz üçün bütün işçilərin sığortası var. Vətəndaşın gözünə iş qəzası zamanı çöp batıb. Amma xəsarət dərin olmayıb. Naxçıvan Diaqnostika Müalicə Mərkəzindəki müalicəsi tamamilə bizim tərəfimizdən olunub. İşlədiyi idarə tərəfindən ona min manat əlavə yardım edilib. Pensiya almasına gəlincə, onu biz deyil, Tibbi-Sosial Ekspert Komissiyası (TSEK) müəyyən edir. Vətəndaşa idarədən pensiya almaq haqqında sənəd verilib. TSEK tərəfindən ona üçüncü qrup əllillik təyin edilib. Çünki zədəsi yüngül olub”.

Murad Quluzadə həmçinin  deyib ki, Bayram Sultanovun gözündən aldığı xəsarət yüngül olduğu üçün bir müddət Sədərək İşıq İdarəsində işini davam etdirib:

Müalicə olunandan sonra bizdə neçə müddət işləyib. Əgər özünün iddia etdiyi kimi ciddi xəsarət alsaydı, təkrar elektrik montyoru kimi işləyə bilməzdi. Həmçinin əlavə edim ki, bizim qurumun rəsmi saytına vətəndaşlar şikayət və problemləri ilə əlaqədar müraciət edirlər. Həmin vətəndaş bizə problemi ilə əlaqədar heç bir müraciət etməyib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button