2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Gözyaşı da gördüm, inciklik də…” – Bakıdakı erməni

“Dialoq artıq başlanıb”

Erməni yazıçısı, siyasətçi və dissident Vahe Avetian Bakıdadır. O Vahe ki təxminən bir ay öncə – oktyabrın 8-də lapdan-qəfildən Azərbaycana gəlsə də, hava limanından geri qaytarılmışdı.

Bir ayın tamamında tanınmış dissident və yazıçı artıq Azərbaycandadır. AzadlıqRadiosu-na müsahibəsində buraya Azərbaycanın Milli QHT Forumunun prezidenti Rauf Zeyninin dəvəti ilə gəldiyini bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Təşkilatçılar onun bir konfransa qatılmasını istəyiblər. Bu konfransda Dağlıq Qarabağ münaqişəsinin həllindəki başlıca əngəllər dartışılacaq. Vahe Avetian-a vətəndaş cəmiyyəti fəalları ilə görüş də təşkil ediləcəyinə söz verilib. Görüşlər başladığından, Vahe təəssüratlarını AzadlıqRadiosu-na bölüşür.

Bakıya dəvəti necə dəyərləndirirsiniz?

– Minnətdarlıqla və barışa ümid duyğusuyla.

Buradakı görüşlərdən nə gözləyirsiniz?

– Barış gözləyirəm. Xalqlarımız arasında, mümkündürsə, vasitəçilərin iştirakı olmadan, birbaşa dialoqun başlanmasını gözləyirəm. Biz bu imkandan da yararlanmalıyıq.

Bəlkə də yorucu və artıq dəfələrlə cavabladığınız sualdır: Bakıda özünüzü necə hiss edirsiniz?

– Mən özümü Qafqazda qafqazlı kimi hiss edirəm, yəni çox gözəl hiss edirəm. Mən düşmənçilik, ya da təhlükə hiss etmirəm. Mən bu gün şəhərdə gəzdim, xalq istiqanlıdır, mehribandır. Qarabağdan olan qaçqınlarla görüşdüm. Gözyaşı da gördüm, inciklik də, onların doğma yerlərdən, eləcə də əzizlərinin, yaxınlarının qəbrindən ötrü necə darıxmasını da… Və onlar ayrılarkən məni qucaqladılar.

Sizcə, iki xalq arasında dialoqun başlaya biləcəyini söyləmək olar?

– Dialoq artıq başlanıb.

Vahe Avetian bir müddət öncə Xocalıda baş verənlərə görə, Azərbaycan xalqından üzr istəyib. O Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə, vətəni Ermənistanda təqib olunduğunu bildirir. Bu səbəbdən, hazırda İsveçdə yaşayır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button