2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

GTU-nun əməkdaşı rektordan Prezidentə şikayət etdi

“O, universitetə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını çoxdan itirib” – Prezidentə ŞOK MÜRACİƏT

“Qafqaz Xəbər” qəzeti xəbər verir ki, Cahanpress-in elektron ünvanına Gəncədə fəaliyyət göstərən Texnologiya Universitetinin əməkdaşı Azər Allahverdiyev tərəfindən ölkə başçısına ünvanlanmış müraciət göndərilib.

Müraciətdə vətəndaş universitetin rektorunun qanunsuz əməllərindən, yarıtmaz fəaliyyətindən şikayətlənir. Həmin müraciəti oxuculara təqdim edirik:

Cənab Prezident!

Saytların yığılması Saytlarin yigilmasi

Sizə 11 aprel 2018-ci ildə keçiriləcək prezident seçkilərində uğurlar arzulayıram. Azərbaycan xalqının seçimi Sizsiniz. Biz sizə səs verəcəyik.

Sizə müraciətim və şikayətim Texnologiya Universitetinin rektoru Akif Süleymanovdandır.

Son vaxtlar Texnologiya Universitetində bir sıra qanunsuzluqlar aşkarlanıb. Maliyyə Nazirliyinin yoxlaması nəticəsində 1,3 milyon manat mənimsəmə faktı aşkarlanıb, müvafiq sənədlər əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində istintaq aparılaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu işlə bağlı onlarla şahid məhkəməyə dəvət olunub. Rektor Akif Süleymanovun əvvəlki və indiki maliyyə pozuntularında birbaşa əli olduğunu yaxşı bilən kollektivdə onun heç bir nüfuzu, hörməti qalmayıb. O, universitetə rəhbərlik etmək üçün gərəkli olan mənəvi haqqını çoxdan itirib. Rektorun qanunsuz əməlləri barədə faktlarla müvafiq qurumlara davamlı müraciətlər edirik. Bizi Təhsil Nazirliyinə yönəldirlər, nazirlikdə isə şikayətlərə ədalətli baxılmır.

5 dekabr 2017-ci il tarixdə mən Təhsil Nazirliyində olarkən, Təhsil Nazirliyinin əməkdaşlarına Akif Süleymanovun çirkin əməllərindən şikayət etmişəm. Buna baxmayaraq, heç bir ciddi tədbir görmürlər.

Cənab Prezident!

Ölkəmizdə yeni iş yerlərinin yaradılması istiqamətində çox böyük iş aparırsınız. Sizin sayənizdə son illər ölkəmizdə on minlərlə iş yeri yaradılıb. Ancaq bunun əksinə olaraq, Texnologiya Universitetində çoxsaylı əməkdaşlar işdən çıxarılır. 30 nəfərə yaxın professor, dosent, müəllim, 100-dən çox texniki işci işdən uzaqlaşdırılıb.

Siz çıxşlarınızda dəfələrlə məmurlara övlad özbaşınalığı haqda xəbərdarlıq etmisiniz. Bir neçə məmuru məhz övladının qanunsuz əməllərinə görə vəzifədən azad etdiyinizi hər birimiz bilirik. Buna baxmayaraq, Texnologiya Universitetinin rektoru Akif Süleymanovun oğlu Şamil Süleymanov universitetdən “ATA” mülkü kimi istifadə edir.

30 yanvar 2018-ci ildə Təhsil Nazirliyinin əməkdaşları Texnologiya Universitetinin əməkdaşları – dosent Həsən Musayev, dosent Məsim Abadov, baş müəllim Alim Əliyev, müəllimələr Məhəbbət Kərimova, Afət Məmmədova və Azər Allahverdiyevin şikayətlərini araşdırmaq üçün ezam olunsalar da bizim şikayətimizə ciddi yanaşmayıblar və heç bir nəticə əldə etmədən Texnologiya Universitetindən ayrılıblar.

Ulu öndər Heydər Əliyevin birbaşa qayğısı və himayədarlığı ilə yaradılan Azərbaycan Texnologiya Universiteti Akif Süleymanovun səriştəsiz idarəçiliyinin nəticəsi olaraq, universitetlər arasında ən son sıralardadır.

Cənab Prezident!

Texnologiya Universitetində işdən kənarlaşdırılan əməkdaşların hər birinin öhdəsində 4-5 nəfər ailə üzvünün olmasını nəzərə alaraq, yüzlərlə insanın maddi durumunun dözülməz hala salınmasının qarşısını almağınızı sizdən xahiş edirik.

Texnologiya Universitetinin işdən çıxarılan əməkdaşlarının əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləridir.

Siz bu gün ölkəmizdə bütün gənclərə öz övladınız kimi qayğı göstərirsiniz. Mənim 29 yaşı var, atam dünyasını dəyişib, ailəmiz mənim öhtəmdədir.

30 oktyabr 2017-ci ildə Texnologiya Universitetinin rektoru Akif Süleymanov şər-böhtanla məni işdən kənarlaşdırıb. Bu işdə iştirak edən qadınlardan biri Texnologiya Universitetinin Qiyabi və Distant Təhsil Mərkəzinin mütəxəssisi Zamiqə Yuris qızı Xəlilova, digəri isə universitetin II kurs tələbəsi Cəmilə Əsgərzadədir. Bu barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdim. 25 dekabr 2017-ci ildə Kəpəz Rayon Məhkəməsi tərəfindən bəraət aldım və mənə verilən əmrlər ləğv olunaraq bir ay ərzində qətnaməni icra edərək işə qayıtmağıma qərar çıxarıldı.

Bəraət aldığm qətnamənin surətini təqdim edirəm:

Akif Süleymanov universitetin istənilən əməkdaşını hansı yolla olursa olsun işdən kənarlaşdırmaq fikirinə düşübsə, insanlığa, rektorluğa yaraşmayan belə üsullara əl atır. Şərləmə kampaniyasında universitetin tələbə qızlarından və xanım əməkdaşlardan mütamadi istifadə olunur.

Cənab Prezident!

Bu müraciət mənim timsalımda universitetin onlarla əməkdaşının Sizə müraciətidir. Xahiş edirik, bizim hüquqlarımızın qorunması, universitetimizdə olan özbaşınalığın aradan qaldırılması üçün müvafiq dövlət orqanlarına göstəriş verəsiniz. Biz Sizin ədalətinizə inanırıq. Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz.

Azər Allahverdiyev,
Texnologiya Universitetinin əməkdaşı

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button