2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Güc orqanları bütün Gülənçiləri ifşa edəcəkmi?

Əyyub Kərimov: “Bu, mənim üçün də maraqlı məsələdir”

DTX-nın ölkə daxilində Gülənçilərə qarşı apardığı əməliyyatlar cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri buna hakimiyyətin siyasi müxalifəti sıradan çıxartmaq vasitəsi kimi baxsa da, Azərbaycanda Gülən təhlükəsinin mövcudluğuna inananlar da az deyil.

Maraqlıdır, güc orqanları bütün Gülənçiləri ifşa edəcəkmi? Yoxsa “MTN işi”ndə olduğu kimi, bu məsələdə də kölgədə qalanlar, istintaqın diqqətindən yayınanlar, varlığı görməzdən gəlinənlər olacaq?

Saytların yığılması Saytlarin yigilmasi

Bununla bağlı Moderator.az-a açıqlama verən hüquqşünas Əyyub Kərimov indidən bu barədə qəti fikir söyləməyin çətin olduğunu vurğuladı:

“Təbii ki, indidə bu barədə konkret fikir söyləmək çətindir. Hüquq-mühafizə orqanlarının bütün Gülənçiləri məsuliyyətə cəlb edib-etməməsi şəxsən mənim üçün də maraqlı olan bir məsələdir. Bildiyiniz kimi, Gülənin yalnız Türkiyədə deyil, dünyanın bir çox ölkələrində tərəfdarları var. Hansı ki, onların bəzisi üçün Gülən son dərəcə müqəddəsdir. Odur ki, güc orqanlarının Gülənin əlindən, alnından öpən adamların kimliklərini tək-tək ortaya qoyub-qoymayacağı maraq doğurmaya bilməz. Hesab edirəm ki, bu sualın ən doğru cavabını zaman verəcək”.

 

Seymur Əliyev

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button