Gündəm

Güclü dollar dünyaya nə vəd edir?

MƏNBƏ: New York Times

“New York Times” qəzeti ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) faiz dərəcəsini artırmasının digər ölkələrə mənfi təsirindən yazır.

Belə ki, yüksək uçot dərəcəsi dünya ticarəti və tranzaksiyalarının əsas valyutası olan dolların dəyərini yüksəldir, həm zəngin, həm də yoxsul ölkələrdə iqtisadi çaxnaşmaya səbəb olur.

“Britaniyada və Avropa qitəsinin böyük hissəsində dolların güclənməsi ağrılı inflyasiyanı qidalandırır”, – məqalədə deyilir.

Risklər

Dünən – sentyabrın 26-da Britaniya funt sterlinqi dollar qarşılığında rekord həddə düşüb. Öz valyutasına sərt nəzarət edən Çin isə yuanın məzənnəsini son iki ilin ən aşağı həddinə salıb, eyni zamanda düşüşü tənzimləmək üçün hərəkətə keçib.

Qəzet yazır ki, aclıq riskiylə üzləşən Nigeriya və Somalidə güclü dollar idxal olunan ərzaq, yanacaq və dərmanın qiymətini qaldırır. Güclü dollar borc içində olan Argentina, Misir və Keniyanı defolta sürükləyir, Hindistan və Cənubi Koreya kimi iqtisadiyyatlara xarici sərmayəni çəkindirmək təhdidi yaradır.

Kornel Universitetində iqtisadiyyat professoru, valyutalar haqda bir neçə kitabın müəllifi Esvar Prasad dünyanın qalan hissəsi üçün çıxılmaz durum yarandığını deyir. Ancaq onun sözlərinə görə, FED-in inflyasiyanı cilovlamaqdan ötrü aqressiv davranmaqdan başqa yolu yox idi: “Hər hansı yubanma işləri daha da pisləşdirə bilərdi”.

Tranzaksiyaların 40 faizi

Dollar dünyanın əsas valyutasıdır, transmilli korporasiyalar və maliyyə qurumları harada yerləşməklərindən asılı olmayaraq, məhsula qiymət qoyanda, hesab aparanda dollardan istifadə edirlər. Dünyada tranzaksiyaların 40 faizi dollarla aparılır.

Hazırda dollar digər əsas valyutalarla müqayisədə son on illərin ən yüksək həddinə yüksəlib. Bunnu bir səbəbi dünyadakı böhranlar, o cümlədən koronavirus pandemiyasıdır.

“Narahat dünyada dollar ənənəvi olaraq sabitlik və təhlükəsizlik simvoluna çevrilib. İşlər pis gedəndə adamlar daha çox dollar alıblar. Digər tərəfdən, Birləşmiş Ştatlar üçün iqtisadi proqnozlar, qeyri-müəyyənliyə baxmayaraq, digər əksər regionlardan daha yaxşıdır”, – qəzet yazır.

ABŞ-dan inflyasiya ixracı

Harvardda iqtisadiyyat professoru, Obama administrasiyasında baş iqtisadi müşavir olmuş Ceyson Förman deyir ki, güclü dolların ABŞ-dan inflyasiya ixracına səbəb olduğunu xatırlamır, yəni, ölkədə qismən azalan inflyasiya dünyada artır.

Qəzet yoxsul ölkələrin daha böyük təsir məruz qaldığını qeyd edir. Belə ki, yoxsul ölkələr borclarını dollarla ödəməlidirlər, borc alanda məzənnənin necəliyindən asılı olmayaraq. 1980-ci illərdə Latın Amerikasında fəlakətli borc böhranına ABŞ-ın artan faiz dərəcələri səbəb olmuşdu, məqalədə deyilir.

Qəzet qeyd edir ki, yeni araşdırma güclü dolların yeni yaranan bazarlarda iqtisadi proqresi tamamilə geri saldığını üzə çıxarıb.

24 saat” “Güclü dollar dünyaya nə vəd edir?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusiyalılar niyə üsyana qalxmırlar? - 24 saat

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button