Xəbərlər

Güclü külək qaz xəttini dayaqlardan yerə düşürüb

Güclü külək Yeni Suraxanı qəsəbəsində təbii qaz təsərrüfatına ziyan vurub.

“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, aprelin 6-sı səhər saatlarında Bakı və ətraf yaşayış massivlərində əsən güclü külək qaz təsərrüfatına da ziyansız ötüşməyib.

Məlumata görə, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, dəmir yolunun yanında güclü küləyin təsirindən diametri 57 millimetr olan qaz xəttinin təqribən 100 metrlik hissəsi dayaqlardan yerə düşüb. “Birliyin əməkdaşları hadisə yerindədir, operativ tədbirlər görülür. Güclü küləklə bağlı mobil qruplar bütün ərazilərdə iş başındadır”, – məlumatda yazılıb.

Bakı və Abşeron yarımadasında aprelin 5-i gecədən güclü külək əsir. Küləyin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində isə arabir 30 m/s-dək güclənəcəyi açıqlanmışdı.

Hazırda güclü küləklə bağlı Bakı və ətraf qəsəbələrdə bəzi yerlərdə elektrikin də kəsildiyi deyilir.

24 saat” “Güclü külək qaz xəttini dayaqlardan yerə düşürüb” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Related Articles

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button