2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Güclü yağış Şamaxı və Qobustanda fəsadlara səbəb olub

Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.
Ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb.
Belə ki, sel suları Şamaxı və Qobustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qobustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.
Hazırda aidiyyəti qurumlar əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdirilir.

Report

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button