Now Reading:
Güləşçilərimiz Bolqarıstan turnirinun ilk günündə 4 medal qazanıblar

Güləşçilərimiz Bolqarıstan turnirinun ilk günündə 4 medal qazanıblar

Bolqarıstanın Ruse şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilir.
Azərbaycan Güləş Federaasiyası xəbər verir ki, sayca 55-ci dəfə baş tutacaq turnirdə sərbəst, yunan-Roma və qadın güləşçilərdən ibarət yığma komandamızın üzvləri iştirak edir.
İlk yarış günündə 59, 71, 80, 96 kq-da yunan-Roma, 57, 65, 74, 97 kq-da sərbəst, 48, 55, 60, 69 kq çəkidə qadın güləşçilər yarışıb. Güləşçilərimiz günü 1 qızıl və 3 bürünc medalla başa vurub.
Yunan-Roma güləşi üzrə 71 kq-da mübarizə aparan Rəsul Çunayev ardıcıl olaraq Əlcəzair, Koreya, yarımfinalda Macarıstanlı son Dünya çempionu Balint Korpasini məğlub edərək finala yüksəlib. Finalda güləşçimiz rəqibi Qırğızıstan təmsilçisinə 1 dəqiqə ərzində tam üstünlüklə qalib gəlib və turnirin qızıl medalına sahib olub. Keçirdiyi bütün görüşləri tam üstünlüklə başa vuran Rəsul rəqiblərinə xal verməyib.
Taleh Məmmədov (59 kq) bürünc medal uğrunda görüşdə Qırğızıstandan olan rəqibini məğlub edib və fəxri kürsünün 3-cü pilləsində yer alıb.
Sərbəst güləşçilərimiz isə ilk yarış gününü 2 bürünc medalla başa vurub. Bürünc medalları yığmamıza 57 kq-da mübarizə aparan Mahir Əmiraslanov və 65 kq-da yarışan Məhəmməd Müslümov qazanıb.
Qadın güləşi yarışlarında mübarizə aparan Elis Manolova (69 kq) turniri 5-ci sırada tamamlayıb.

24saat.org

Mənbə – azadliq.info

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.