Now Reading:
Güləşçilərimiz erməniləri darmadağın etdilər

Rusiyanın (Dağıstan Respublikasının) Kaspiysk şəhərində keçirilən Avropa çempionatında kişilərin sərbəst güləş yarışlarına start verilib.

 

Oxu.Az-ın xəbərinə görə, 57, 65, 70, 79 və 97 kq çəki dərəcələrində mübarizə aparan idmançılarımız məğlubiyyətsiz yollarına davam edir.

Belə ki, Georgi Edişeraşvili, Hacı Əliyev, Murtuz Müslümov, Cəbrayıl Həsənov və Nurməhəmməd Hacıyev yarımfinala vəsiqə qazanıb. Maraqlıdır ki, bunlardan üç güləşçimiz 1/4 finalda Ermənistan idmançısı ilə qarşılaşıb.

57 kq çəki dərəcəsində mübarizə aparan gürcü legionerimiz Georgi Edişeraşvili 1/8 finalda olduğu kimi, 1/4 finalda erməni rəqibi Miqran Caburyanı 10:0 hesabı ilə məğlub edib.

Olimpiya mükafatçımız Cəbrayıl Həsənov (79 kq) ilk görüşündə olduğu kimi, erməni rəqibi Varujan Kacoyanı da beş xal fərqlə yenib – 6:1.

97 kq çəki dərəcəsində yarışan ləzgi legionerimiz Nurməhəmməd Hacıyev isə ilk görüşünü 1/4 finalda keçirib. O, Ermənistanı təmsil edən osetin idmançı Georgi Ketoyevə 3:0 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

Qeyd edək ki, indiyədək Avropa çempionatında cəmi bir idmançımız Ermənistan təmsilçisi ilə qarşılaşmışdı. 67 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz Elman Muxtarov təsəlliverici görüşdə sonradan bürünc medal qazanmış Karen Aslanyana uduzub – 3:5.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.