2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gülənə, reklama verməyə pul tapırlar, işçiyə yox

SOCAR 2015-ci ildə 2610 nəfər işçisini ixtisar edib

Ölkə idarəolunmaz vəzyyətdədir. Hökumət komandası ortaya heç bir nəticə qoya bilmir. Ancaq ərzaq məhsullarının, kommunal xərclərin qiymətini artırmaq, cərimələri sərtləşdirməklə məşğuldular. Faktiki olaraq ölkə iflic vəziyyətə düşüb. Ən iri şirkətlər, banklar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıb. Yüzlərlə səhmdar cəmiyyətlər vergi borcunu ödəyə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Artıq ixtisarlar növbəsi neft sektoruna çatıb. Bəli, ölkənin ən gəlirli sahəsi, ən strateji strukturu da “ağ bayraq” qaldırır. Belə ki, 2014-cü ildə SOCAR-ın 54714 nəfər işçisi olduğu halda, 2015-ci ildə 52104 nəfər olub. Təkcə bir il ərzində 2610 nəfər SOCAR sıralarını tərk edib. Bu hələ rəsmi statistikadır və real ixtisarların sayının daha çox olması ehtimalı böyükdür. Digər tərəfdən böhranın dərinləşməsi 2015-ci ildən sonraya təsadüf edir. Deməli, bu ilin 8 ayı ərzində də ixtisarlar həyata keçirilib. Redaksiyamıza daxil olan məlumata görə sentyabr ayında “Şahdəniz-2″də daha 4000 işçi ixtisara düşəcək.

Bəs, uğurlu inkişaf, uzaqgörən neft strategiyası hara buxarlandı? Yeganə real sektor neft sektorudur ki, bu sahədə də tənəzzül özünü göstərir. Necə olur ki, ARDNŞ-yə 100 milyonluq bina tikməyə pul tapırlar, Avropa çempionatına sponsorluq etmək üçün 120 milyon manatı əsirgəmirlər, ARDNŞ Londonda böyük ziyafət təşkil etməyə, konqresmenlərə hədiyyə paylamağa pul tapa bilir, amma işçiyə pul verməyə qüdrəti çatmır?

Pulun dövr elədiyi bu sektorda niyə minlərlə işçi ixtisara düşür?

Bugünlərdə Türkiyə mətbuatının əsas mövzusu SOCAR-la bağlı oldu. Ortaya faktlar qoyuldu ki, Gülənçilərə uzun illər ərzində maliyyə yardımını məhz SOCAR həyata keçirib. Bəli, gecə-gündüz rəsmi təbliğatın “terrorçu dəstə” kimi təqdim etdiyi qüvvələrə SOCAR maliyyə yardımı edirmiş. Niyə SOCAR-da çalışan Azərbyacan vətəndaşına terrorçu dəstə qədər dəyər verilmir?

Qara fəhləni maliyyələşdirməkdən imtina edib, qaranlıq qüvvələrə milyonlar xərcləməyin adı nədir? Neftdən gələn yüz milyardlarla vəsaitdən bu xalqa heç nə çatmadı. Amma bu da azmış kimi əlinin zəhmətiylə şörək pulu qazananlara da imkan verilmir.

Belə çıxır ki, SOCAR milyardları sağa-sola xərcləməlidir, sponsorluq etməlidir, sadə vətəndaş da işini itirib, intihara əl atmalıdır.

Əgər SOCAR minlərlə işçisini ixtisar edibsə, o biri sahələrdəki vəziyyəti təsəvvür etmək çətin deyil. Çünki, dövlətin bütün strukturları Neft Fondundan gələn maliyyə hesabına ayaqda qalıb.

Hətta rəsmi statistika da göstərir ki, hakimiyyətin heç bir sahədə uğuru yoxdur. Ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi sürətlə artır.

Hökumət isə Vergilər Nazirliyinə 150 milyon manatlıq bina tikir, deputatları istirahətə göndərir, mənasız yarışlara pul xərcləyir. Yəni, “millət necə tarac olur olsun, nə işim var” misrası tam bu hökumətə aiddir.

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button