2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gülən camaatı Azərbaycanda çevriliş edə bilərmi – ekspertlər iddia edir ki…

Arzu Nağıyev: “Nurçularla gülənçiləri eyniləşdirmək doğru deyil…”
Xəbər verdiyimiz kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarından birində Fətullah Gülənin təşkilatına qarşı mübarizənin digər ölkələrdə də başlaması zərurətinə toxunub.

Bu mənada Ərdoğan Azərbaycanın da adını “gülənçilərin” təşkilatlanmış olduğu ölkələrin sırasında çəkib. Türkiyə prezidentinin bu açıqlaması birmənalı qarşılanmayıb. Ərdoğan bildirib ki, hörgütün 35 il əvvəl təşkilatlanmağa başladığı ölkələr olan Azərbaycan, Qırğızıstan, Türkmənistan kimi türkdilli respublikalarda çevrilişə cəhd etmək potensialı var.

Azərbaycanlı ekspertlər isə bunu mümkün hesab etmir.

Saytların yığılması Saytlarin yigilmasi

“Yeni Müsavat”a açıqlamasında Ərdoğanın xəbərdarlığını dəyərləndirən Sabiq MTN zabiti, “Təhlükəsizlik” Araşdırmalar Mərkəzinin rəhbəri İlham ismayıl bildirdi ki, Azərbaycanda nəinki “gülənçi”lər, heç başqa qüvvələr də dövlət çevrilişi etmək iqtidarında deyil: “Türkiyədə iyulun 15-də baş verən hadisələrdən sonra ölkənin siyasətində – konkret olaraq Rəcəb Tayyib Ərdoğanın siyasətində Fətullah Gülən siyasətinə və tərəfdarlarına qarşı aşırı şəkildə ittiham irəli sürülməyə başlanıb. Bunu Türkiyə daxilində baş verən hadisələrdən və həbslərdən də aydın görmək olur. Həbs edilənlər arasında günahsız insanlar da var. Lakin baş verənləri birmənalı şəkildə Gülənə qarşı yönəltmək doğru deyil. Düzdür, biz çevrilişin əleyhinəyik Ərdoğanın özünə yaxın bildiyi ölkələr, o cümlədən də Azərbaycan haqqında belə həyəcanlı anonslar verməsi əslində onun hələ də fobiya içərisində olmasından xəbər verir. Deyim ki, Azərbaycanda adı Fətullah Gülənlə hallanan Qafqaz Universitetində hamı ”gülənçi” ola bilməz. Eləcə də bu, hazırda Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olan iş adamlarına da aiddir. Hətta Azərbaycanda “gülənçi”lər olmuş olsaydılar belə, onlarda da Ərdoğanın verdiyi anonsdakı kimi Azərbaycanda çevriliş etmək potensialı yoxdur. Ərdoğan isə o qədər vahimə içərisindədir ki, sonuncu “gülənçi”ni belə sıradan çıxarmamış sakitləşməyəcək”.
İlham İsmayıl onu da bildirib ki, Ərdoğanın “gülənçilərin” Azərbaycanda çevrilişə cəhd etmək potensialı var” iddiasının əsası yoxdur: “Azərbaycanda nəinki ”gülənçi”lər, heç başqaları da dövlət çevrilişinə cəhd belə etmək iqtidarında deyillər. Azərbaycan hökuməti bu baxımdan situasiyanı daim ciddi nəzarətdə saxlaya bilir. Gülən tərəfdarlarının Azərbaycanda nəinki çevriliş, heç etiraz səsi də çıxmayıb, bu ola da bilməz. Ərdoğanın açıqlaması real deyil”.

Politoloq Arzu Nağıyev isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda “gülənçilərin” çevriliş edəcək qədər güclü mövqeyi yoxdur: “Cənab Ərdoğanın son vaxtlar verdiyi açıqlamalarda bir sıra müsəlman dövlətlərinin adları çəkilir. Ən çox adıçəkilən dövlət də Qırğızıstandır. Bu ölkənin prezidenti Atanbayev isə bəyanat verdi ki, bu bizim daxili işimizdir, bizdə olan bütün dövlətlərə, təşkilatlara dövlət tərəfindən nəzarət olunur. Eyni zamanda onu da demək olar ki, Azərbaycanda bütün dövlət təşkilatları, digər qurumlar bir müddət öncə verilən bəyanatlara görə öz sıralarında müəyyən təmizləmə işləri aparmışdılar. Bu gün Gülən camaatı elə bir güc deyil ki, Azərbaycanda hər hansı çevriliş edə bilsin. Hazırda bu məsələ aktual olduğu üçün Ərdoğan çıxışlarında bu məsələyə toxunur. Ancaq Azərbaycanda belə bir addımın atılacağı inandırıcı görünmür. Ölkəmizdə dövlət və dövlətçiliyə qarşı təhlükə daşıyan hər hansı məlumat daxil olduqda, bu, nəzarətdə saxlanılır və müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

İstər dövlət qurumları olsun, istər digər qurumlar. Hökumət çevrilişə cəhd edə biləcək hər hansı qüvvəni daim nəzarətdə saxlayır. Digər tərəfdən, Azərbaycan əhalisinin sayı cəmi 9 milyondur, qadınları, uşaqları, qocaları çıxsaq, cəmi 3-4 milyon qalır ki, onun bir neçə faizi ”gülənçi” ola bilər. Bu azsaylı qrupun elə bir qüvvəsi də yoxdur ki, çevriliş edə bilsinlər. Türkiyədə 1989-cu ildən orduda, hərbi akademiyalarda, məktəblərdə Gülən camaatını yerləşdirmişdilər. Azərbaycanda bu mümkün deyil və olmayıb. Çünki bizim dini baxışlarımız da müxtəlifdir. Gülən camaatının məqsədi tərəfdarlarından kimisə vəzifəyə qoymağa nail olmaq və sonradan onun əli ilə digərlərini də müxtəlif qurumlara vəzifəyə yerləşdirməkdir. Bizdə belə bir tendensiya olmayıb, idarəetmədə onlar təmsil olunmur. Bir-iki dənə təşkilat var idi, onlar da sıradan çıxdı.

A.Nağıyev onu da bildirdi ki, nurçularla gülənçiləri eyniləşdirmək doğru olmazdı: “Nursinin inancı ilə gülənçilərin inancı çox fərqlidir. Gülənçilər müxtəlif məktəblər açmaqla, bu məktəblərin hesabına, şirkətlərin hesabına gəlir əldə etməklə hakimiyyətə gəlirlər. Lakin Nursinin təbliğatında belə şey yoxdur. Nurçular öz gününü gözləyir ki, nə vaxt onlara ehtiyac olsa, o zaman hakimiyyətə gəlsinlər”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button