2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gülənin erməni olduğunu sübut edən – Faktlar

Türkiyədə dövlət çevrilişinə cəhd edən FETÖ təşkilatının rəhbəri Fəthullah Gülən əslən ermənidir.


Admiral.az xəbər verir ki, F.Gülənin erməni olması ilə bağlı faktlar hələ 2014-cü ilin 4 fevralında Ermənistanın “Novosti Armenii – news.am” saytında yayımlanan araşdırmada açıqlanıb.
Erməni jurnalist Arthur Akopyanın imzası ilə yayımlanan məqalədə belə yazılır:
“Türkiyə tarix dərnəyinin keçmiş rəhbəri Yusif Halaçoğlu Gülənin erməni olduğunu açıq şəkildə bildirmişdi. Daha sonra bu məsələni jurnalist Murad Alpərən araşdırdı və yazdı ki, Gülən erməni əsillidir və onun babaları vaxtilə Ərzurumda türkləri qətlə yetirib.
1994-cü ilin 14 iyun tarixində Türkiyənin “Star” qəzeti Türkiyə polis rəisi Cevdet Sarın rəhbərliyi ilə Gülən haqqında hazırlanan hesabatı yayımladı. Bu hesabatda Gülənin türk əsilli olmasının şübhə doğurduğu deyilirdi. 2013-cü ilin 5 iyul tarixində isə “Turkishnews.com” saytı Gülən haqqında diqqətçəkən məqalə yayımladı. Məqalədə deyilirdi ki, 1915-ci il hadisələri zamanı Gülənin babası İbrahim bəyin yanında işləyirmiş. İbrahim bəyin yanında işləyən erməni xidmətçilər onun ailəsinə və hakimiyyətinə problemlər yaratmağa başlayır. İbrahim bəy də bu erməniləri öldürür, daha sonra özü də intihar edir. Sadəcə Gülənin atası sağ qalır. O, 18-19 yaşlarında olarkən, kimliyini dəyişdirib İspir vilayətinə köçür. Orada müsəlman adı götürərək, evlənir. Bundan sonra türkləri qətlə yetirən erməniləri söyərək, hər yerdə özünü müsəlman kimi təqdim edir. Gülənin atasının erməni olmasını onun öz sözlərindən də anlamaq olar. Belə ki, Gülənin atasının “elə bir oğul tərbiyə edirəm ki, onları öz dinləri ilə vuracaq” dediyi haqda tarixi faktlar var”.
Erməni jurnalistin araşdırmasında qeyd olunur ki, F.Gülənin erməni olmasını sübut edən dəlillərdən biri də onun ata yurdu ilə bağlıdır:
“Bəllidir ki, Gülənin babası Ərzuruma Van gölü yaxınlığında yerləşən, əsasən ermənilərin yaşadığı Xlatdan gəlib. Deyilənlərə görə, Gülənin babasının Xlatı tərk edərək, Ərzurumun Basen bölgəsinə yerləşməsinə səbəb ailənin namusu ilə bağlı bir hadisə olub. Gülənin babaları müsəlmanların, xüsusilə kürdlərin qətlə yetirilməsi hadisələrində iştirak etdikləri üçün bir müddət İrəvanda yaşamağa məcbur olublar. Lakin burada gəlir əldə edə bilmədikləri üçün yenidən Türkiyəyə qayıdıblar”.
Bununla yanaşı, Gülənin mənəvi oğlu sayılan Eyyub Can və onun keçmiş həyat yoldaşı Elif Şafak da müzakirə mövzusudur.
“Eyyub Can ABŞ-da təhsil alıb, Türkiyəyə qayıtdıqdan sonra Gülən camaatına bağlı olan “Zaman” (15 iyul çevriliş cəhdindən sonra bağlanıb) və “Radikal” qəzetlərində işləyib. Eyyub Can “erməni soyqırımı”nı tanıyan az sayda türk jurnalistlərindəndir. Gülənin gəlini olan məşhur yazar Elif Şafakın anasının erməni olması məlumdur. O da uzun müddət “Zaman” qəzetində işləyib və “erməni soyqırımı” məsələsində “İstanbullu bic” adlı qalmaqallı kitab yazıb. Bu kitaba görə ona qarşı 301-ci maddə ilə (türk qürurunu təhqir etmək) cinayət işi açılmışdı”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button