2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Gülağa Tənha: Avropa Oyunlarına 8 milyon pul vermişəm

“19 milyon 500 min dollar pul verəsən, sonra da sənin var-yoxunu söyələr”

Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamı İlham Qasımovun növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs iş adamı və şair olan Gülağa Qəmbərov (Gülağa Tənha) ifadə verib. O, məhkəməyə görə Çindən gəldiyini deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“Məhkəmədə ifadə verib, geri qayıdacam. İşin belə olmasını istəməzdim. İlhama 19 milyon 500 min dollar pul vermişəm. Mən bu günə qədər heç bir azərbaycanlı ilə iş qurmamışam. Amma İlhamla tanış oldum, etdiyi təklifi qəbul etdim. Sonra aramızda problemlər yarandı. Mənim yanıma tanımadığım adamlar gəlib onlara pul borclu olduğumu deyirdilər. Mən də ona görə şikayətçi oldum. Bina tikintisi aparacaqdıq. Sonra tikilən evlər bir neçə nəfərə satıldı. Sonra “Nizami” metrosunun arxasında yarımtikili bir ərazini mənə göstərib, orda da bina inşa edə biləcəyimizi dedi. Bunun üçün də pul verdim. Sonradan aldanıldığımı bildim. Dostum Cəbrayılla məsləhətləşdim. Belə bir adamla iş gördüyümü, “Nizami” metrosunun arxasında olan həmin ərazini aldığımızı söylədim. Dostum dedi ki, həmin ərazi problemlidir. Həmin yerə əl qoymamağı məsləhət bildi. Mən sonra araşdıranda bildim ki, həmin ərazi İlhamın deyil. Ardınca belə problemlər artmağa başladı. Mən, beləliklə də, aldadıldığımı bildim. Pulunu tələb etdiyim üçün isə hədələndim, söyüldüm. 19 milyon 500 min dollar pul verəsən, sonra da sənin var-yoxunu söyələr. Ailəni təhdid edələr”.

G.Qəmbərov İlham Qasımovdan alacağı pulla kimsəzilər evi tikdirəcəyini bildirib: “Mən həmişə dövlətçiliyə xidmət etmişəm. Xeyirxah işlərlə məşğul olmuşam. Məni tanıyan hər kəs bunu bilir. Dövlət proqramlarının icrasında, müəssisələrin tikilməsində ölkəm üçün pulumdan keçmişəm. Avropa Oyunlarının təşkilinə də 8 milyon pul vermişəm. Həmişə də dövlətimə, millətimə sadiq olmuşam. Mən düşünürdüm ki, indi də gec deyil. İlham heç olmasa 1 milyon gətirib, üzr istəsəydi, səhv etdiyini desəydi, mən onu bağışlaya bilərdim. Amma İlham söyüş söyüb ki, mənə 1 manat da verməyəcək. Mən də bu işin sonuna qədər gedəcəm. Nə qədər pul alsam da, uşaq bağçası, kimsəsizlər evi tikdirəcəm. Pul mənim üçün heçnədir. Sadəcə yaşamaq üçün vasitədir”.

İlham Qasımovun vəkili G. Qəmbərovdan dəqiq olaraq təqsirləndirilən şəxsə nə qədər pul verdiyini soruşub. G.Qəmbərov isə vəkilə onun pulunu saymamağı məsləhət bilib: “Müdafiə etdiyiniz şəxsin həbsdən çıxarılmasına çalışın. Belə sualları da mənə verməyin. Mən halal adamam. Ancaq öz pulumu tələb edirəm. Siz mənim şeirlərimə qulaq assanız, necə bir insan olduğumu görərsiniz”.

İlham Qasımov isə deyib ki, G.Qəmbərov hamıya inanır: “Mən onu yaxşı adam və biznesmen kimi tanımışam. Onu söyməmişəm. Bəziləri aramıza girdi. Görürdülər ki, biz birlikdə çox yaxşı işlər görürük. Aramıza girib, bizi düşmən elədilər”.

Məhkəmə prosesi oktyabrın 13-də davam etdiriləcək.

İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

İlham Qasımov MTN general olmuş Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınmış şəxslərdən biridir. //meydan

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button