2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gülməli islahatlar modeli

Yaradılanlar dağılanları düzəltmək üçün deyil

Tez-tez sadə vətəndaşlardan “bu ölkənin yeyəsi yoxdur” şikayətini eşidirik. Vətəndaşı elə vəziyyətə salıblar ki, bu ölkənin yeyəsi olduğuna inanmır, özünü bu ölkədə qərib kimi hiss eləyir. Amma bu şikayətdə həqiqət payı böyükdür. Yeyəsi olan ölkə bu günə düşməzdi, sahibi olan ölkəni böhran illərlə mühasirədə saxlaya bilməzdi. Bir sözlə, “bir gözüm ağlayır, bir gözüm gülür” deyimi, Azərbaycanın vəziyyətini tam ifadə edir.
Hökumətin gülməli addımları, ölkəni ağlamalı hala salıb. Əslində, bu qədər əzab-əziyyətin, bu qədər ağrı-acının qarşısında güləmli addımlar atmaq, vətəndaşa xəyanətdir. Bu qədər talançılıqdan sonra, yenə də “ənənə”ni davam etdirmək, məqsdəli şəkildə vətəndaşın qəsdinə durmaqdı.
Hamımız xatırlayırıq ki, birinci devalvasiyadan sonra hökumət böyük islahat vədləri verdi, qənaətdən, natəmzilərlə mübarizədən söhbət açıldı. Xalqı inandırmağa çalışdılar ki, bundan sonra vəziyyət düzələcək, başmızın daşa dəyməsindən dərs çıxarmışıq. Amma qısa müddətdən sonra məlum oldu ki, bunların islahatı kommunal xərcləri artırmaq, daşınar əmlaka həbs qoyulmasını rəsmiləşdirmək, qapını döyəmədən evə girənlərin cəriməsini artımaqdan ibarətdir. Ən əsası isə bunların ən yekə islahatı ərzaq qiymətlərini qaldırmaqdan ibarət imiş. Daha sonra milli valyutanın sabitliyini qorumaq məqsədiylə müxtəlif qurumlar yaradıldı, yeni sərəncamlar verildi. Amma hər ötən gün manat daha da zəiflədi, çox uzaqlara üzməyə başladı.
Sonra qərara gəldilər ki, Dayanıqlı İnkişaf Şurası yaradılmalıdı və yaratdılar. Şuranın başına isə baş nazirin müavini Əli Əhmədovu gətirdilər. Yenə də gülməli vəziyyət yarandı. Əli Əhmədov inkişafın dayanıqlığını təmin edəcək adam olsaydı, bu illər ərzində simptomlarını hiss edərdik. Bu şura yaradıldıqdan sonrakı mənzərə bundan ibarətdir ki, tənəzzülün sürəti artdı, bütün sahələrdə geriləmə müşahidə olundu. Eyni zamanda Maliyyə Sabitliyi Şurası yaradıldı və bu şuranın başına da baş nazir Artur Rəsizadə gətirildi. Yenə də gülməli mənzərəylə üz-üzə qaldıq. Artur Rəsizadə 25 ildir nazir kimi hansı sahədə sabitlik yaradıb ki, maliyyə sahəsində də sabitlik yaratsın. Ötən müddət ərzində şahid olduq ki, maliyyə siyasəti tamam iflasa uğradı.
Daha sonra yerli məhsul istehsalından dəm vuruldu, ixracyönümlü siyasətin təbliğatı aparıldı. Amma Naz-Lifanın istehsalı dayandırıldı, məmurlara Almaniya istehsalı olan avtomobillər verildi. Ətin, yağın, çayın və digər məhsulların idxalı artdı. Yenə də gülməli islahatların şahidi olduq.
Son olaraq isə baramaçılığın, pambıqçılığın, tütünçülüyün inkişaf etdiriləcəyini və ölkənin bu yolla böhrandan çıxacağını vəd etdilər. İslahatların ən gülməli nöqtəsi də burdadı.
Əvvəla korrupsiyanın, monopoliyanın, hüquqsuzluğun meydan suladığı ölkədə heç bir islahat uğur qazana bilməz və bütün təşəbbüslər imitasiyadan xəbər verir. İkincisi, 124 milyard dollarla daşı daş üstünə qoya bilməyən zehniyyət, pambıqdan, fındıqdan əldə olunan 20-30 milyonla nə edə bilər? Bütün fürsətləri əldən buraxan komanda, fındıq fürsətini, barama fürsətini necə uğura çevirə biləcək?
Bir neçə gün öncə hökumətin eksperti “manat tam nəzarətdədir” deyirdi, bu gün isə deputarları “manatı sabit saxlamaq mümükün olmayacaq” söyləyir. Bu komandanın hər açıqlaması, hər bəyanatı ironiya doğurur, güləməli ziddiyyət yaradır.
Müxtəsər, heç bir vədin, bəyanatın, sərəncamın, fərmanın məsuliyyətini daşıyan yoxdur. Hərə bir tərəfdən ağzını açıb, qəbul olunmayacaq duaya “amin” deməyə səsləyir. Bu ölkədə yaradılan heç nə dağılanı düzəltməyə xidmət etmir. Bütün təşəbbüslər daha çox dağıtmağa hesablanıb. Bu ölkədə “islahat” sözü, “hökumət komandasının maraqları” kimi təcümə olunur. Ölkəni ağlamalı günə qoyub, gülməli işlər görürlər. Vətəndaşı dilənçi vəziyyətinə düşən hökumətin sahibsiz yarışlara milyardlar xərcləməsi də, islahatın daha bir gülməli formasıdır. Bütün baş verənlərə kədərdən doğan gülüşlə baxırıq.

Saytların yığılması Saytlarin yigilmasi

Samir

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button