2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Gülnarə Kərimova həbs olundu

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbs olunub.

Oxu.Az-ın məlumatına görə, bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.

Məlumata əsasən, G. Kərimovaya qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham irəli sürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, 2014-cü ilin fevral ayında Özbəkistanın Baş prokurorluğu Gülnarə Kərimovanın çevrəsindən olan 10 nəfərə qarşı cinayət işi qaldırıb. Həmin aydan bir qədər əvvəl respublikanın hüquq-mühafizə orqanları onun çevrəsindən olan bir neçə nəfərin – Madumarovun və Avakyanın saxlanılmasına dair məlumat yaymışdı.

Gülnarə Kərimova Özbəkistanın dünyasını dəyişmiş prezidenti İslam Kərimovun böyük qızıdır. Amma 2013-cü ilin payızında KİV-in məlumatına görə, o, çıxılmaz vəziyyətə düşüb. Onun çevrəsindən olan bir neçə nəfər, o cümlədən də mühafizə rəisi saxlanılıb, bəziləri isə ölkəni tərk ediblər.

Korrupsiya mənşəli olduğu ehtimal edilən vasitələrin Gülnarə Kərimovanın çevrəsinə aid olması haqqında məlumat 2012-ci ildə Beynəlxalq korrupsiyanın və mütəşəkkil cinayətkarlığın araşdırılması Mərkəzi ilə müştərək hazırlanmış və İsveçin ictimai kanalında efirə gedən müsahibədə meydana çıxıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button