Loading...
Loading...
SEÇMƏ

Gülşənə ittihamnamə hazırlanıb

Yayımlandı: 2 Sentyabr 2022 13:14

Müğənninin 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilir

“İmam Hatip” məktəbinin məzunları haqqında söylədiyi fikirlərə görə həbs edilən, daha sonra isə ev dustaqlığına buraxılan türkiyəli müğənni Gülşənə qarşı ittihamnamə hazırlanıb.

İfaçının “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamı ilə 1 ildən 3 ilə qədər azadlıqdan məhrum edilməsi tələb edilib.

İstanbul Prokurorluğunun Mətbuat Cinayətləri İstintaq Bürosu tərəfindən hazırlanan 48 səhifəlik iddianamədə Qadın və Demokratiya Vəqfi (KADEM) də daxil olmaqla 702 şikayətçinin imzası olduğu bildirilir.

İstanbul Əsliyə Cəza Məhkəməsinə göndərilən ittiham aktı qiymətləndirmə mərhələsindədir.

Əvvəl istintaqa cəlb olunan, sonra isə həbs edilən Gülşənin, 2022-ci ilin aprelində verdiyi konsertdə “”İmam Hatip”də oxuyub, axmaqlığı buna görədir”, – deməsi ölkə gündəmini zəbt edib, ictimaiyyətin narazılığına səbəb olub.

Müğənni İstanbul Sülh Cəza Məhkəməsinin “xalqı açıq-aşkar kin və düşmənçiliyə sövq etmək” (Türk Cəza Qanunun 216-cı maddəsi) maddəsi ilə ittiham olunur.

Meydan TV

Gözdən qaçırmayın:  “Əli Əliyev ya dövlət başçısından əfv diləməlidir, ya da barəsində cinayət işi başlanacaq”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button