2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Gültəkin Hacıbəyli təqsirləndirilən şəxs oldu

Yayımlandı: 8 Dekabr 2022 22:13

“Azərbaycanda məhkəmə yoxdur, məzhəkə var”

Nəsimi Rayon Məhkəməsində Milli Şuranın üzvü, keçmiş deputat Gültəkin Hacıbəyliyə qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Facebook” istifadəçisi Leyla Arif onun Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cəzalandırılmasını tələb edir.

Dekabrın 7-də hakim Elməddin Hüseynovun sədrliyilə keçirilən məhkəmə iclasına jurnalistlər, ictimai-siyasi fəallar buraxılmayıb.

Məhkəmə xüsusi ittiham qaydasında qaldırılmış iddianı icraata götürüb və Gültəkin Hacıbəyli təqsirləndirilən şəxs qismində tanınıb.

Məhkəmədə baş verənlərə gəlincə, vəkillər Gültəkin Hacıbəylinin iştirakı olmadan keçirilən iclaslarda baş verənlər haqda məlumat almaq üçün həmin iclasların protokollarıyla tanış olmaq istədiklərini bildirib.

Məhkəmədə o da məlum olub ki, hakim Dövlət Sərhəd Xidmətinə sorğu verib, oradan Gültəkin Hacıbəylinin sentyabrın 3-də ölkəni tərk etməsi haqda arayış alınıb.

Gültəkin Hacıbəyli özü haqqında bu məhkəmə iddiasını da, axtarış qərarı çıxarılmasını da siyasi sifariş adlandırıb. O bildirib ki, şəxs üzrlü səbəb olmadan məhkəmədən yayınanda onun haqqında axtarış qərarı çıxarılır. Lakin məhkəmə DSX-dan onun ölkədə olmadığı haqda arayış almasına baxmayaraq, yenə də axtarış qərarı çıxarıb. Onun sözlərinə görə, sentyabrın 3-dən ölkədən gedənə qədər bu məhkəmə prosesi barədə heç bir rəsmi bildiriş, SMS və s. yollarla məlumatlandırılmamışdı. Yalnız noyabrın 30-da ölkəyə qayıdanda hava limanında saxlanılıb polis idarəsinə aparılandan sonra öyrənib ki, xüsusi ittiham qaydasında məhkəməyə verilib, sonra da məhkəmədən yayınması əsasıyla axtarış qərarı çıxarılıb.

Gültəkin Hacıbəyli məhkəmə iclasında öz vəkilləri olduğunu əsas gətirərək, ona dövlət hesabına təyin edilmiş vəkildən imtina edib.

 Məhkəmə prosesi dekabrın 16-da davam edəcək.

Gültəkin Hacıbəyli Meydan TV-yə bildirib ki, növbəti məhkəmə iclasında hakim Elməddin Hüseynova etiraz veriləcək. Çünki bu, onun haqqında axtarış qərarı çıxarmış hakimdir:

“Düzdür, mən onsuz da Azərbaycanda heç bir ədalətli qərar gözləmirəm, bu olmasa da, bir başqası sifarişi yerinə yetirəcək. Aydın məsələdir ki, bu, sifarişli məhkəmə prosesidir və məqsəd məni susdurmaqdır. Azərbaycanda məhkəmə yoxdur, məzhəkə var. İllərdir mənə qarşı məhkəmələrdəki şoular da bunu göstərir”.

Leyla Arif iddia edir ki, Gültəkin Hacıbəyli “Facebook” sosial şəbəkəsində müzakirələr zamanı onu Əlikram Hümbətovdan müsahibə aldığına görə “separatçı” adlandırıb. Bu səbəbdən də məhkəməyə müraciət edib:

“Əlikrəm Hümbətovdan intervyu götürmüşəm deyə, mənə separatist deyən adamı bir daha məhkəməyə verəcəm. Niyə tələsirsiz ki, sizlərə demokrat olmağı mən öyrədəcəm!”

Gültəkin Hacıbəyli isə bu məhkəmə işinin sifarişli olduğunu düşünür.

Gültəkin Hacıbəyli 2000-ci ildən 2010-cu ilə qədər Goranboy rayonundan millət vəkili kimi parlamentdə təmsil olunub.

O, bundan öncə də keçmiş həyat yoldaşının qohumları tərəfindən məhkəməyə verilmiş, böyük məbləğdə təzminat ödəməyə məcbur edilmişdi. Sözügedən işlərlə bağlı şikayətləri hazırda Avropa Məhkəməsinin icraatındadır.

Leyla Arifin adını çəkdiyi Əlikram Hümbətov 1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini olub. 1993-cü ildə özünü Talış-Muğan Muxtar Respublikasının prezidenti elan etdiyi üçün həbs edilib. Ömürlük azadlıqdan məhrum edilən Əlikram Hümbətov sonradan əfv sərəncamıyla azadlığa buraxılıb. O, eyni zamanda, Azərbaycan vətəndaşlığından da çıxarılıb.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button