2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gültәkin Hacıbәyli hakimiyyәtin qara piarına sәrt cavab verdi

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli hakimiyyətin ona qarşı apardığı çirkin kampaniyaya sərt cavab verib. G.Hacıbəyli bununla bağlı öz facebook səhfəsində status paylaşıb. Statusu diqqətinizə çatdırırıq: “İnboxuma hakimiyyətin əxlaqsız saytlarından birində getmiş, barəmdə böhtan və çirkabla dolu bir yazı göndərdilər. Düzü, sarı mətbuata heç əhəmiyyət də vermirəm. Ancaq ailəmin istəyi üzərinə bunları yazmalı oldum. Hakimiyyət altı ildir mənə qarşı ən iyrənc təzyiq üsullarına əl atdı, böhtan və şərləmə kampaniyası apardı, hətta 9 yaşlı övladımı əlimdən almağa qalxdı, üzümə adam qoydu, hər şərəfsizliyi etdi, ancaq adıma toz belə qondura bilmədi. Mənim bu günədək həyatda yeganə “kriminalım” İlham Əliyevin 2008-ci il seçki mitinqindəki çıxışımdır))))). Görün yapçılar öz liderləri haqqında hansı fikirdədilər ki, vaxtilə onu dəstəkləməyi dəhşətli bir cinayət hesab edirlər. Üzərimə vaxtaşırı olaraq gah əxlaqsız saytları vasitəsilə özləri gəldilər, gah “müxalifətdəki” əlaltılarını, agentlərini, yaltaqlarını qaldırdılar. Hər addımım nəzarətdədir, şəxsi həyatıma, ailəmə müdaxilə etdilər, evimi dinləyirlər, ehtimal ki, kamera da quraşdırıblar, amma çifayda. Quru divara palçıq yapışmır ki, yapışmır! Əgər qrant almağı cinayət hesab edirlərsə, YAP Siyasi Şurasının USAİD-dən, Avropa Komissiyasından, digər beynəlxalq təşkilatlardan milyonlarla dollar həcmində qrant alan üzvlərinin, parlament deputatlarının siyahısını paylaşa bilərəm ki, cəmiyyət cinayətkarları tanısın. Bir daha bəyan edirəm ki, bu deputatlardan fərqli olaraq, mən heç vaxt, heç kimdən qrant almamışam. Hakimiyyət mənim qrant almağımla bağlı bircə fakt bilsəydi, ortaya qoyardı, nağıl danışmazdı. Barəmdə yazılan ikinci əxlaqsız böhtana gəlincə, məni gecə-gündüz izləyirsiniz, bütün həyatıma lupa salmısınız, davranışımda, əxlaqımda bircə nöqsan tapmısınızsa, paylaşmayan şərəfsizdir, alçaqdır! Azərbaycanla bağlı deməyə sözləri qurtarıb, böhtan arsenalları tükənib, indi də Gürcüstana keçiblər)))))). Hakimiyyətdəkiləri qınamıram. Mənim qarşımda kompleksləri çox böyükdür. Vaxtı ilə üzümə dedikləri “kaş parlamentdə sizin kimi savadlı ikicə nəfər də olaydı”, “kaş ki, bütün xanımlarımız sizin kimi və Gövhər xanım kimi namuslu olaydı” sözlərini və daha nələri… nə onlar unudublar, nə mən. Məni yaxşı tanıyırlar. Və mənim də onları ovcumun içi qədər tanıdığımı bilirlər. Ancaq abrıma qısılıb sonadək susacağıma çox da arxayın olmasınlar. Çünki, bütün hədləri keçirlər. Ailəmi çox əsəbiləşdirsələr, mən, məsələn, arvadı öz idman məşqçısı ilə üç aylıq oppalara gedib-qayıtmış və hələ də nazir olan həmkarlarınızdan danışa bilərəm. İcra başçısından hamilə qaldığı üçün gecə ilə rayondan çıxarılıb sonra deputat seçilən partiya fəalınızdan danışa bilərəm. Parlamentdə hamının “ikinci ledi” adlandırdığı keçmiş deputatınızdan danışa bilərəm. Bir nazirin əvvəl özünü, sonra ərə verib ərini və ailəsini “optovoy” saxladığı mətbuat ruporunuzdan danışa bilərəm. Mən hələ nikandankənar uşaq dünyaya gətirən “xanım”larınızdan demirəm… Əslində, əminəm ki, mənim bu statusumu oxuyanların əksəriyyəti bu qəh…rəmanların adlarını yüz faiz dəqiqliklə təsvirlərin yerinə əlavə edə bilər. Amma, bu, əsla və əsla, mənim üslubum və yolum deyil. Mən millətimin haqlarının mücadiləsini aparıram. Sizin məşuqələriniz üçün dövlət resurslarından istifadə etməyiniz, arvadlarınızın, qızlarınızın, gəlinlərinizin “bekarçılıq məşğuliyyətləri” məni ilgiləndirməz. Amma məni bu yola təhrik edəcəksinizsə… mən sizin seçiminizə hörmətlə yanaşmaq zorundayam. Bir şeydən əmin olun: Mən sizdən fərqli olaraq heç kimə böhtan atmayacağam, sizin kimi qıpqırmızı yalanları yox, yalnız və yalnız həqiqətləri söyləyəcəyəm. Həqiqətin isə heç kimin informasiya dəstəyinə ehtiyacı yoxdur. O, özü-özünə yol açmağı bacarır”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button