Loading...
Loading...
Texnologiya

Günəşdən ən uzaq məsafədə yerləşən Neptun planetinə hansı müddətə çatmaq mümkündür?

    Pluton cırtdan planetlər sinifinə daxil ediləndən sonra Günəşdən ən uzaq məsafədə yerləşən planet statusunu Neptun qazandı. Sözügedən qaz nəhəngi Günəşdən o dərəcədə uzaq məsafədə yerləşir ki, Günəş şüalarının ona çatmaları üçün 4 saat vaxt lazım olur. Müqayisə üçün qeyd etmək lazımdır ki, Yer kürəsinə Günəş şüaları 8 dəqiqəyə çatırlar. Neptun həmçinin Yer kürəsindən 4 dəfə daha böyükdür onun mühit şərtləri insan üçün heç də yaxşı deyillər. Neptunda küləkli hava şəraiti mövcuddur. Yer kürəsində ən güclü küləklərin sürətləri saatda 400 km təşkil etdikləri bir vaxtda Neptunda küləklərin sürətləri saatda 1900 km-ə çata bilirlər. Söhbət, Yer kürəsində rast gəlinən adi küləklərdən getmir. Neptunda küləklər hidrogen, helium metan qazlarının güclü axınları rolunda çıxış edirlər. Neptunda temperatur çox aşağıdır. Hava şərtlərindən asılı olaraq onun atmosferinin yuxarı laylarında temperatur -151 dərəcə Selsidən -165 dərəcə Selsiyə çatır.

    Başqa sözlə desək, Neptun həyatın dəstəklənməsi üçün nəzərdə tutulmuş şərtlərə sahib deyil. Lakin əgər insanlar necəsə Neptuna çatsaydılar, bu hansı müddətə başa gələrdi? Neptun hansısa kosmik aparatın ya kosmik gəminin enişi üçün ideal şəraitə sahib olmadığı səbəbilə ən yaxşı variant ona maksimal dərəcədə yaxın məsafədə yaxınlaşaraq planeti eləcə müşahidə etməkdir. Lakin bu da öz növbəsində asan bir tapşırıq deyil. Neptun Yer kürəsindən təqribi olaraq 4.3 milyard km uzaqlıqda yerləşir. Əgər siz bu məsafəni zamana çevirsəniz, çox uzun müddət ərzində davam edəcək kosmik səyahət əldə edərsiniz. NASA-nın Voyager-2 adlı kosmik aparatı uzaq planetlərə çatmaq onlar barəsində daha çox məlumat əldə etmək məqsədilə Yer kürəsini 1977-ci ildə tərk etmişdi. 12 ildən sonra isə (1989-cu il) Voyager-2 Neptun planetinə maksimal yaxın məsafədə yaxınlaşmış onun bir neçə fotosunu çəkmişdi. Lakin yaxın gələcəkdə idarə olunan kosmik gəminin Neptuna çata biləcəyi ehtimalı çox aşağıdır.

    Bununla belə mütəxəssislərin fikrlərinə əsasən Neptun kimi planetlərin müşahidə edilməsi öz növbəsində kainatın daha yaxşı anlaşılmasında yardımçı olacaq. Yaxın gələcəkdə idarə olunan kosmik gəmilərin Neptuna çata bilmə ehtimallarının çox aşağı olmalarına baxmayaraq tədqiqatçılar iki kosmik missiya üzərində çalışırlar həmin missiyaların səyahət marşrutları siyahılarında Neptun planeti də var. İki missiyadan biri Çin tərəfindən hazırlanır həmin missiya çərçivəsində göndəriləcək kosmik aparat Voyager-2-nin trayektoriyası üzrə səyahət edərək Neptunun yanından keçəcək öz yoluna davam edəcək. İkinci missiya isə NASA tərəfindən hazırlanır o, Trident adını əldə edib. Trident missiyası çərçivəsində göndəriləcək kosmik aparat Neptunun peyki olan Tritonun yaxınlığından keçəcək. Məqsəd isə Tritonda yeraltı okeanın mövcud olub-olmadığını öyrənməkdir.

Gözdən qaçırmayın:  iPhone 14 Max-ın texniki özəllikləri və güman edilən satış qiyməti barəsində məlumatlar verilib

24 saat” “Günəşdən ən uzaq məsafədə yerləşən Neptun planetinə hansı müddətə çatmaq mümkündür?” başlıqlı yazını “technote”-yə istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun