2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Gündəlik aşkarlanan yoluxmada artım davam edir


Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına

1095 yeni yoluxma faktı qeydə alınıb, 547 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı oktyabrın 31-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 12 nəfər də vəfat edib:

Saytların yığılması Saytlarin yigilmasi

“Azərbaycanda indiyədək ümumilikdə 55269 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 43543 nəfər müalicə olunaraq sağalıb, 730 nəfər vəfat edib, aktiv xəstə sayı 10996 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 11441, hazırkı dövrədək isə ümumilikdə 1352907 test aparılıb.

Rəsmi açıqlamalara görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma halının fevralın 28-dən aşkarlandığı açıqlanıb.O vaxtdan oktyabrın 29-na kimi aşkarlanan gündəlik yoluxmanın heç vaxt minə çatdığı bildirilməmişdi. Oktyabrın 29-da 1015, 30-da isə 1022 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1 milyon 100 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button