2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Güney Azərbaycanda çəkilən “Üzünü işığa tut” filminin tizeri təqdim olunub + VİDEO

GünAz TV: Güney azərbaycanlı rejissor tərəfindən türk dilində çəkilən “Üzünü işığa tut” sənədli filminin tizeri ictimaiyyətə təqdim olunub.

“Üzünü işığa tut” Təbrizdə koronavrius pandemiyasının yayılması ilə bağlı böhranla üzləşən insanların gerçək hekayəsidir.

Sənədli əsər böhranın təsirlərini azaltmaq üçün həyatlarını həsr edən fədakar insanlardan danışır.

Filmin rejissoru və prodüseri tanınmış güney azərbaycanlı kinorejissor Məhəmməd Əlimuradidir. Filmin operatoru Mehdi Meyməndi, səs rejissoru isə Həsən Səlmani və montajçısı Səid Hatəmxanıdır.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, son illərdə bütün təzyiqlərə baxmayaraq Güney Azərbaycanda türkcə filmlərin çəkilişinə rəğbət artıb və Güney Azərbaycan kino sənəti son illərdə xeyli inkişaf edib.  

Ü.F 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button